01 Nisan 2017

Cəlilabadlı müəllimdən Mikayıl Cabbarova Müraciət


Hörmətli Cənab Nazir 

Biz hər zaman sizin Azərbaycan Təhsilində rüşvətin kökünü kəsmək üçün görmüş olduğunuz tədbirlərinizi bəyənir və dəstəkləmişik. Amma çox təəssüflə qeyd etməliyik ki, sonuncu qərarınız bizi ruh düşgünlüyünə salmış və inamımızı sarsmışdır. Məgər siz bilmirsiniz ki, region təhsilində rüşvət və korrupsiyanın mənbəyi elə Rayon Təhsil İdarələri və onların sizdən çox tabe olduqlari Rayon İcra Hakimiyyətləridir. Bunu bildiyiniz halda niyə hələ də Direktorların İşə Qəbulunda "RƏY"ləri onlara həvalə edirsiniz ? Sizcə onlar təmiz , saf işləyən kadırlar haqqında müsbət rəy verərlərmi ? Cəlilabad rayon Təhsilində kifayyət qədər savadlı, bacarqlı kadırlar olmasına baxmayaraq Sizi tam əmin edə bilərəm ki, heç biri bu müsabiqədə iştirak etmirlər. Onlar hər zaman rayon rəhbərliyinin təhsilə müdaxiləsini və təhsil idarələrinin yarıtmaz fəaliyyətini tənqid etmişlər . İndi onlar əgər rayon təhsili üçün irəli dursalar tənqid etdiklərinin haqlı olduğunu və rüşvətsiz təhsildə işləmənin mümkünsüz olduğunu qəbul edəcəklər. Bunları deməklə əslində sizə inanan sosial bazanın hər gün seyrəldiyini xatırlatmağı həqiqi vətəsevər müəllimlərimizə isə sizə inanmamağı tövsiyə edirik. 

Hiç yorum yok:

Yorum Gönder