14 Haziran 2017

İcra başçısının "şəkər çuğunduru" xadiməni şoka saldı

Cəlilabad rayonunda özbaşınalıq pik həddə çatıb. Bütün bunların arxasında isə yalnız bir adam var o da Əziz İmran oğlu Əzizov ! Əvvəllər məktəb müəllimlərini və xadimələrini  müxtəlif yerlərdə iməclik adı ilə işlədən Əzizov, indi də özünün Göllü adlanan yerdə əkdirdiyi şəkər çuğunduru plantasiyasında məktəblərin texniki işçilərini qul kimi işlədir. İşçiləri ac-susuz necə vəhşicəsinə işlədiblərsə Cəlilabad şəhər 4 nömrəli məktəbin xadiməsi şoka düşmüş və hələ də ayılmamışdır. Əziz Əzizov və onun kimi vicdansız məmurlara buradan səslənərək bildirmək istəyirik ki, Allahdan qorxun ! İnsanların haqqını yeməkdən çəkinin. Bəsdirin Cəlilabad təhsilini məhv etdiniz ! Əgər bütün bunlara son qoymasanız sizin məktəblərdən nə qədər pul yığdığınızı , direktorlardan və xadimələrdən nə qədər aldıqlarınızı faktlarla söyləyəciyik. Hər müəllimdən nə qədər pul alaraq direktor təyin etməyiniz hamı biləcək .