16 Aralık 2021

Cəlilabad RTŞ müdir əvəzindən şikayət


"Cəlilabad RTŞ müdiri müharibə iştirakaçısı adından istifadə edərək soyğunçuluqla məşğul olur."

Cəlilabad rayon Babalı kənd sakini Elməddin Məlikov Cəlilabad RTŞ müdiri əvəzi Ağaxan Ağayevdən etdiyi şikayəti olduğu kimi siznlə paylaşırıq.


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Surəti:  Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə
Surəti:   Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə
 
Hörmətli Cənab Prezident,
Hörmətli Cənab Nazir ,
 
Cəlilabad rayon Babalı kənd sakiniyəm. Bayxanlı kəndində məktəbində fiziki tərbiyə müəllimi işləyirəm. Müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak edərək ixtisasımdan yüksək bal toplamışam. Kəndimizdə dərs saatı az olduğundan qonşu məktəblərin məktəblərində vakant qalan yerlər üçün əvvəlcə Cəlilabad RTŞ müdiri Ağaxan Ağayevə dəfələrlə müraciət etmişəm. Hər dəfəsində müxtəlif bəhanələrlə məni aldadaraq vakant yerlərin dərslərin məndən aşağı bal toplayan müəllimlərə verib. Yuxarı orqanlara etdiyim şikayətlərdən sonra RTŞ müdiri Ağaxan Ağayev məni çağıraraq bildirdi ki, hələlik vakant yer yoxdur vakant yer tap mənə bildir sənə dərs verim. Mən isə maraqlanaraq ona bir neçə boş qalan vakant yerlər haqqında məlumat versəmdə həmin yerlərdə mənə dərs verilmədi. Ağaxan Ağayev belə bəhanə etdi ki, RTŞ-nin kadrlar şöbəsinin müdiri Orxan Əzimov həmin yerləri ondan xəbərsiz  başqalarına verdiyini bildirdi. Mən ona “Siz necə müdirsiniz ki, sizdən xəbərsiz yerlərin başqalarına verdiyini dedikdə mənə bildirdi ki, Orxan Əzimovun atası  önəmli bir şəxsin yanında işlədiyinə görə ondan çəkindiyini bildirdi. Ancaq mənə bildirdi ki, yenidən vakant yer taparamsa işlə təmin olunacağıma söz verdi. Ancaq tapdığım məktəbin direktoru mənə bildirdi ki, Ağaxan Ağayev məndən həmin yerlər üçün 500 manatdan pul alıb və məndə onu kimdən pul almışamsa onlara verəcəm. RTŞ müdiri öz bibisi oğlu Mahiri direktor təyin etdiyi məktəbdə fiziki tərbiyə müəllimi ərə gedib çıxıb getməsinə baxmayaraq onun adını məktəbə saxlayıb, jurnalı başqasına yazdıraraq kartındakı pulunu mənimsəyirlər.  RTŞ müdiri Cəlilabad təhsilini əməlli başlı bazara çevirib. Kim pul verirsə ona dərs verir. Vətən müharibəsində iştirak etdiyi üçün özünü tam toxunulmaz hesab edir. Deyir ki, get kimə şikayət edirsən et. Bu barədə 14 saylı ƏMHM-dən tutumuş bütün orqanlara şikayət etmişəm. Məktubum Ağaxan Ağayevə göndərildiyin şikayətimi bildikləri kimi bağlayıb.Məni şikayətdən vaz keçməyəcəyimi görüb haqqımda anonim məktublar yazdıraraq mənə şantaj edir. Anonim məktubda yazdırıb ki, guya mən hansısa şagirdi vurmuşam, ruhi xəstəliyim var.
Hörmətli Cənab Prezident,
Hörmətli Cənab Nazir,
Sizdən xahiş edirəm ki, məni və Cəlilabad əhalisini mafioz təfəkkürlü RTŞ müdirindən qurtarıb, onun haqqında tədbir görəsiniz.
 
Hörmətlə, Cəlilabad rayon Babalı kənd sakini Məlikov Elməddin əliqulu oğlu
 
Tel: 051-362-03-57




Hiç yorum yok:

Yorum Gönder