19 Aralık 2017

Azərbaycanı xəritədə göstərə bilməyənlər, direktor işləyir.

Cəlilabad rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirova bu yaxınlarda yenə özünəməxsus  şəkildə direktor vəzifəsinə təyinatlar etmişdir. Cəlilabad şəhər 5 nömrəli  ümumi orta məktəbinə Sultanov Cəfəri , Çinarlı kəndinə isə onun qardaşı Sultanov Kazımı təyin etmişdir. İdman akademyasını bitirən qardaşlardan xəritədə Azərbaycanın yerini soruşsan bilməzlər.Amma Elminaz Nadirovanın "kriteryalarına" uyğun gələn digər direktorlar kimi Sultanov qardaşları da Cəlilabad təhsilinin viranə qoyulmasında canla-başla xidmət göstərirlər. Elminaz Nadirova   Firidun Qurbanovun qohumları olan Sultanov qardaşlarını bu vəzifəyə qoymaqla həmdə özünə nazirlikdən dəstək aldığı deyilir. Bütün bunlara baxmayaraq şəhər 5 nömrəli məktəbin müəllimlərinin şikayəti ilə məktəbə gələn 14 saylı ƏMHM yoxlama zamanı xeyli sayda neqativ hallar aşkarlamışdı. Beləki burada ancaq ticari maraqları güdən , bazar məfkurəsinə sahib olan direktor, məktəbində jurnalların yazılması kimi adi işin görülmədiyi aşkarlanmışdı. Aylıq pulu 800 manat , 3-5 xadimə məvacib kartı və qəzet pulu verməklə işini bitmiş hesab edən direktorlar hardan bilsinlər ki, əslində məktəbdə dərs demək və dövlət sənədi olan jurnalı yazmaq lazımdır. İnanırıq ki, Firidun Qurbanov da qohumlarının hərəkətlərini eşidəndə çox məyus olacaq və buna görə ən çox Elminaz Nadirovanı cəzalandıracaq .

13 Kasım 2017

Bu məktəbin müəllimləri haradadır ?

Cəlilabad təhsil şefinin bir başa himayəsində olan Zərifə Əliyeva adına 7 nömrəli məktəbdən görünməmiş biabırçılıqlar aşkarlandı. Beləki, burada yoxlama aparan 14 saylı ƏMHM araşdırma zamanı özləri şokadüşmüşdürlər. Məktəbin texniki işçilərinin məvacib karlarını zimmətinə keçirən RTŞ müdiri sən demə həm də elə müəllimlərə dərs yazıb pulunu götürür ki, həmin müəllimlər xarici ölkədədirlər.  Bir tərəfdə icra hakimi Əziz Əzizovun problemlərə səti yanaşma tələbi , digər tərəfdən isə Təhsil Nazirliyinin obyekiv araşdırma tələbi yoxlamanı çıxılmaz vəziyyətdə qoyub. Obyekiv araşdırma davam edərsə Elminaz Nadirovanın sonu olacağına şübhə yoxdur. Əgər olsarsa ......

08 Kasım 2017

Ehtiram Muxtarovun Cəlilabad məktəbində apardığı yoxlama

Cəlilabad şəhər 7 saylı məktəbdən edilən şikayətlərdən sonra Ehtiram Muxtarov 14 saylı ƏMHM in işçilərini bu məktəbə göndərib. Yoxlama zamanı bütün məktəblrdə olduğu kimi bu məktəbdə də xadimə və labarant ştatında olanlardan "ölü canlar" aşkar olunub. Əvvəl bərk təşvişə düşən məktəb rəhbərliyi bu dəfə də Elminaz Nadirovaya müraciət edib. Elminaz isə əlindən bir iş gəlmədiyini görüb yenidən rayon rəhbəri Əziz Əzizova müraciət edib. Əzizovun müdaxiləsindən sonra Ehtiram Muxtarovun əməkdaşları yenidğn akt tərtib edərək guya hər şeyin yerində olduğunu rəsmləşdiriblər. Çox guman Ehtiram yenədə öz payını alaraq geri çəkilib. Respublika prezidenti və Mikayıl Cabbarovun apardığı islahatlar doğru olsada yerlərdə bunu həyata keçirəcək dürüst potensial kadrlar yoxdur . Ehtiram kimi vicdanını satmışlarla islahat aparmağın mümkün olmadığını Təhsil Nazirliyi anlamalı və yollarını ayırmalıdır.

05 Kasım 2017

İcra Hakimiyyətinin qoçusu Sabir xərac toplayır

Cəlilabad rayon Təhsil Şöbəsinin müdirinin himayədarı Sabir Həsənov artıq o qədər harınlayıbkı özünün digər adamı Adəm İsmiyev vasitəsi ilə dağ kəndlərinin məktəblərindən açıq şəkildə xərac toplayır. Bu barədə adının çəkilməsini istəməyən dağ məktəblərindən birinin müəllimi xəbər verib. Nə yoxlaması aparıldığı məlum olmasa da hər məltəbdən 100-200 azn pulun yığılması məlumdur. İnformasiya verildikdən sonra yəqin Sabirə əsl qoçunun kim olduğu göstəriləcəkdir .

21 Ekim 2017

Cəlilabad RTŞ müdirinin Bodrum istirahəti

Cəlilabad rayon təhsil şöbəsinin  müdiri Elminaz Nadirova  ötən il Cəlilabad təhsilini taladıqdan  sonra yay tətilini Bodrumda keçirdiyi haqqında məlumatınız varmı ?
Təhsil şefi rəhbərliyə başladığı vaxtdan rayon təhsilinə heç nə verməmiş əksinə, daha da geri salmışdır. Şəxsi həyatında isə xeyli dəyişikliklər edən Elminaz Nadirova paytaxtda özünə villa, avtomobil və mənxillər almışdır. Tam şəraitini qurduqdan sonra isə bu il Türkiyənin Bodrum istirahət mərkəzində yay tətilini keçirmişdir. Bundan əlavə özünü plastik əməliyyat etdirərək yağlarından azaltdırıbmış. Təhsil şöbə müdirinin bu qədər pulu haradan olduğunu müəllimlər bilir həqin ki, aifiyyatı qurumlarda araşdırar.

13 Ekim 2017

Cabbarovun şəffaf təhsili


Təhsildən anlayışı olmayan nazir müavini əsasən qardaşı vasitəsi ilə büdcədən ayrılan vəsaitlərə nəzarət edir. Mikayıl Cabbarov və Azər Bayramov tərəfindən ən yüksək səviyyədə dəstəklənən Ceyhun Bayramovun yaxın ətrafını Təhsil Nazirliyində müxtəlif vəzifələrdə irəli çəkib. Buna baxmayaraq Ceyhun Bayramovun təhsil sisteminə heç bir faydası dəymir. Əlbəttə nazirlikdə baş alıb gedən korrupsiyanı nəzərə almazsaq.
Mikayıl Cabbarov nazir keçəndən sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb. Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin edib ki, bu da təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına səbəb olub. Çünki həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yoxdur.
Aparılan araşdırmalar göstərir ki, nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 1-ci müavini təyin edib. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir. Bundan əvvəl isə o, "İçərişəhər" Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın "JEK" rəisi imiş. Təhsillə "JEK" bir-birinə əks olan sahələrdir. Buna baxmayaraq, nazir köhnə "JEK" rəisini idarədə belə məsul vəzifəyə gətirib. Elnur Əliyev yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.
Bir adamın 2 vəzifə tutması isə ölkəmizin qanunvericiliyində yoxdur. Nazir bu baxımdan "yeniliyə" imza atıb. Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur. Nazirlikdə böyük problemlərin yaranmasının əsas səbəbkarlarından biri kimi məhz onun adı çəkilir.
Mətbuatda yazılanlardan isə belə məlum olur ki, nazirin yaxın dostu bu iki vəzifənin heç birində özünü doğrultmağı bacarmır. Axı necə də doğrultsun? Bu adam indiyə kimi təhsil sistemində işləməyib. Məlumat üçün qeyd edək ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub. O, Mikayıl Cabbarovla "Çto? Qde? Koqda?" yarışmasında bir komandada mübarizə aparıb. Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.
Bəzi ekspertlər nazir müavininin fəaliyyətini bir neçə dəfə tənqid edib və onun bu sahəyə yad birisi olduğunu vurğulayıblar:
"Təhsil nazirinin qeyri-ixtisas sahibi olması yolveriləndir. Çünki burda idarəetmə təcrübəsi əsas rol oynayır. Ancaq müavinlər, idarə rəisləri, şöbə müdirləri sırf ixtisas sahibləri olmalıdırlar. Mən başa düşürəm ki, hər bir adam vəzifəyə təyin olunduqdan sonra öz komandasını yaratmaq istəyir. Ancaq bu o demək deyil ki, bütün kadrlar kənardan gəlməlidir. Təhsil Nazirliyi elə bir sahədir ki, burda sırf ixtisas sahibləri, peşəkarlar işləməlidirlər. İki-üç nəfər qeyri-ixtisas sahibi olması normaldır, ancaq bütövlükdə nazir və müavinlərinin qeyri-ixtisas sahibi olmasının nə dərəcədə effektli olacağını demək çətindir. Bunu gələcək göstərəcək".
Özəl mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlara görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində yüksək vəzifəyə gətirilməsi Mikayıl Cabbarovla Azər Bayramovun planı olub:
"Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə bu şəxsin təhsil məsələləriylə deyil, bu sahəyə ayrılan vəsaitlərə nəzarəti həyata keçirmək olub. Bütün dünyada büdcə vəsaitlərinin xərclənməsi yerli orqanlara ötürüldüyü halda, yəni bu sahədə əks-mərkəzləşmə olduğu halda, Azər və Ceyhun Bayramovlar ayrılan vəsaitləri mərkəzləşdirilmiş qaydada, özü də özlərinin bildiyi şəkildə sərf edirlər. Maliyyə nazirinin müavininin özbaşına əməllərinin əsas hissəsi Təhsil Nazirliyi ilə bağlıdır.
Belə ki, onun dəstəyi ilə qardaşı Ceyhun müəllim təhsil şöbələrinin bütün tenderlərinə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Başqa sözlə deyilsə, ayrılan vəsaitlərin böyük hissəsi məlum şəxslərin büdcəsinə yönəldilir. Bu vəziyyət ali məktəblərdə və orta ixtisas təhsili müəssisələrində də özünü göstərməkdədir. Hər il ali və orta ixtisas məktəblərinə ayrılan vəsaitlərin böyük qismi havaya sovrulur ki, bunu da həmin təhsil ocaqlarının təchizatına və binaların vəziyyətinə baxanda təxmin etmək mümkündür".
Təhsil nazirinin müavininin fəaliyyətsizliyi bəzi sahibkarların da etirazı ilə qarşılanıb. Bir müddət öncə mediaya üz tutan iş adamlarından biri maraqlı faktları açıqlayıb:
"Mən orta sahibkarlıqla məşğul olan bir iş adamıyam, məktəblər üçün mebel inventarı və avadanlıq istehaslı ilə məşğulam, həmçinin məktəblərin təmiri üzrə təmir sexlərim də vardır. Gündəlik dövlət qəzetlərini alıram və ordakı tender elanları ilə tanış oluram. Təhsil Nazirliyindən başqa demek olar ki, bütün nazirliklərin və ayrı-ayrı büdcə müəssisə və təşkilatların malların alınması və xidmətlərin göstərilməsi məqsədi ilə açıq tender elanlarını verdiklərini görürəm. Lakin 2 ilə yaxındır ki, Təhsil Nazirliyinin satınalma prosedurları ilə bağlı bir dənə də olsun tender elanına rast gəlmirəm. Bildiyiniz kimi, hər il dövlət büdcəsindən Təhsil Nazirliyinə malların alınması, xidmətlərin göstərilməsi, məktəblərin əsaslı və cari təmir olunması məqsədi ilə on milyonlarla manat dövlət vəsaiti ayrılır. O da məlumdur ki, dövlət vəsaitləri satınalma prosedurları keçirilmədən xərclənə bilməz. Lakin Mikayıl Cabbarov nazir təyin olunandan sonra bir dəfə də olsun dövlətin Təhsil Nazirliyinə ayrılan vəsaitlərin şəffaf xərclənməsini təmin etmək məqsədi ilə açıq satınalma proseduru keçirmir.
Nazirin bu sahədə məsləhətçiləri Azər və Ceyhun Bayramovlardır. Harda görülüb ki, bir qardaş pul ayırsın, o biri qardaş xərcləsin? Dövlətin büdcəsindən təhsilə ayrılan vəsaitlər nazirə yaxın bəzi şəxslərin yardımı ilə heç yerdə adı, maddi- texniki bazası, dövriyyə vəsaitləri, həmçinin nizamnamə kapitalı olmayan şirkətlər vasitəsi ilə dağıdılır. Azər Bayramovun göstərişi ilə ötən illərdə Mikayıl Cabbarov tərəfindən açıq tender proseduru keçirilmədən xərclənən vəsaitlər ört-basdır edilir".
Bütün bunlar onu göstərir ki, nazirin yaxın dostu olan Ceyhun Bayramov təhsil sistemində ancaq problem yaratmaq və şəxsi maraqlarını təmin etməklə məşğuldur. Yəni onun ölkə təhsilinin inkişafına heç bir faydası dəymir. Bunlar, nazir müavininin fəaliyyətindəki boşluqların hələ cüzi hissəsidir.
Qeyd edək ki, Bayramov qardaşlarının nəhəng biznes şəbəkəsi və təhsilə ayrılan pulların hansı işlərə yatırılması barədə tükürpədən faktlar da var.

08 Ekim 2017

14 saylı ƏMHM-nin rəhbəri Ehtiram Muxtarovun təhsil biznesi !

  Cəlilabad r Göytəpə ş 1 saylı tam orta məktəbdə xadimə və labarantların böyük bir hissəsinin olmaması  və məvacib kartlarının 14 saylı ƏMHM nin rəhbəri Ehtiram Muxtarovda  olmasıilə bağlı Prezident Administrasiyasına 4 gün bundan öncə şikayət məktubu ünvanlamışam. Surətlərini isə həmdə Ehtiram Muxtarova göndərmişəm.  14 saylı ƏMHM-nin işçisi mənə zəng edərək faktların doğruluğunu öyrənmək məqsədilə məndən nələri bildiyimi soruşdu. Mən də onlara inanaraq nə bilirəmsə hamısını dedim. Məktəbdə yoxlama apardıqdan sonra və ya özlərini yoxlayırlarmış kimi apardıqdan sonra onlarla əlaqə saxladım. Maliyə idarəsinin işçisi mənə bildirdi ki, bəli dediyiniz faktların çoxu doğrudur amma bir-iki məsələ var ki, bunlar barədə görüşüb razılaşmayıq. Bundan sonra mənə Cəlilabad RTŞ nin əməkdaşı zəng edərək görüşmək istədiyini və əgər şikayətdən vaz keçsəm rüşvət verəcəyini bildirdi. Mən isə ona bildirdim ki, mənim istəyim adları olub özü olmayanların pullarını mənimsəyən məktəb rəhbəri Seymur Cəfərov və Ehtiram Muxtarovun qanun qarşısında cavab verməsidir. Özlərini şəffaf qrum kimi göstərən idarə artıq məktəblərdəki odun pulunu da mənimsəməkdədir. Dövlət əmlakını talayanlara qarşı baş ptokurorluq və maliyə nazirliyi dərhal yoxlamalara başlamalıdır. Bu dövlətə qarşı xəyanətdir .

Hörmətlə, Ramiz Yarıyev
05146747

"Azərbaycan tarixi" dərsliyində rüsvayçılıq (FOTO)

"Azərbaycan tarixi" dərsliyində Azərbaycan ərazisi Ermənistanın tərkibində göstərilib.

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi


















Bəli hər şey yoldan başlayır… Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir, məqsədimiz də.

Siz 5 ildir hara gedirsiniz, yolunuz hayanadır, məqsədiniz nədir,  cənab nazir?

Siz Azərbaycan cəmiyyətində təhsilimizin inkişafı ilə bağlı xəyalları və ümidlərin dəfn olunduğu, geriyə yolu olmayan cəhənnəm adasına təhsilimizi sürüklədiyinizin yəqin ki, fərqindəsiniz. Və bir də gənc kadrlara etimadın göstərilməyəcəyinin (çünki siz və komandanız bu fikirlə bağlı olan ümidləri də alt-üst etdiniz) fərqindəsiniz. Özünüz və komandanız təhsil üçün ayrılmış dövlət vəsaitini talamaqla, sağa-sola paket paylamaqla şəffav işləməyiniz haqqında , "mələk obrazına "girməyinizlə bağlı təsəvvürlərin alt-üst olduğunun fərqindəsiniz.. İndi ölkədə nə təhsilverənlər , nə də təhsil alanlar , bir sözlə heç kim bu nağıllara inanmır. … 6 ay ərzində bir dəfə də olsun cəsarətiniz olmadı ki, çıxıb deyəsiniz bu Thomasın kim (ağzına başqa bir dövlətin bayrağını bürüyən , Azərbaycan dövlətinə , onun rəhbərliyinə qara yaxan məqalələri ilə məhşur olan bir xəfiyənin şəkli ilə olan profil sahibi) olduğunu…

24 Eylül 2017

Təhsili bazarla səhv salanlar

14 saylı ƏMHM nin rəisi Ehtiram Muxtarov bir çox sahəni öz nəzarətinə götürməsinə baxmayaraq pulu Cəlilabad RTŞ müdiri Elminazla birlikdə bölür. Elminaz Nadirova bundan əlavə məktəbəqədər təhsilin məktəbdə təşkilmolunması üçün hər sinifə görə 200 manat alırlar. Xəstə uşaqlara görə isə Sərxan Həsənovu görmək lazımdır. Hər xəstə uşaq üçün 50 manat verilib açılır və hər ay buna görə Sərxan Həsənova 30 manat verilməlidir. Elminaz Nadirova bundan əlavə hər çəktəbin 5-6 xadiməsinin məvacib kartlarını özündə saxlayır. Məktəblərdə xadimə və labarantların çoxu ölü canlardır, adları var özləri yoxdur.
Nazirliyə edilən hər bir şikayətə görə isə daxili nəzarət şöbəsinin işçisi Elmir Həsənovun payı var. Təhsil Nazirliyini xəbərsiz bilib ona məktub gömdərənlərdə bu arada onu bilsinlər ki, onlatın hər şeydən xəbərləri var və əlbirdirlər

14 saylı ƏMHM-nin rəisi Ehtiram Muxtarovun iyrənc oyunları

Bildiyimiz kimi , Prezident İlham Əliyevin "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 iyul 2014-cü il tarixli sərəncamına əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulur. Bununçün aparılacaq struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməli idi. 

Bəs 14 saylı ƏMHM-ni rəsi Ehtiram Muxtarov nə edir  ?

10 Eylül 2017

Direktorun şıltaqlığına dur deyən olacaqmı ?


Cəlilabad rayon Göytəpə şəhər 1 №- li məktəbin bir qrup müəllimi tərəfindən elektron poçtumuza məktub daxil olmuşdur. Məktubda məktəbə RTŞ tərəfindən təyin olunan direktorun qeyri qanuni əməllərindən danışılır. Məktubu olduğu kimi veririk.
Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllimi adından sizə yazaraq bildirmək istəyirik ki, ötən tədris ilinin sonlarından Cəlilabad rayon təhsil şöbəsi tərəfindən məktəbimizə təyin olunan direktor əvəzi Seymur Cəfərov məktəbimizi sözün əsl mənasında xarabalığa çevirməklə yanaşı, pedoqoji kollektivin əsəblərini korlayıb.
Adətən hər hansı müəssisəyə rəhbər təyin edilərkən onun savadı,  yaşı, təcrübəsi və qabiliyyəti nəzərə alınır. O ki, qaldı bu müəssisə təhsil ocağı ola və orada millətin gələcəyi  həll oluna. Bizə təyin olunan direktor əvəzi isə tədris etdiyi xarici dildən anlayışı olmayan, iki cümləni bir-birinə qoşub danışa bilməyən, işlədiyi müddətdə intizamsız davranışları olan birinə 1600 nəfərə qədər şagirdi və 140 -a qədər müəllimi olan məktəbi tapşırırlar. RTŞ-nin məktəbimizə bu təyinatı bir daha göstərdi ki, onları məktəblərdə maraqlandıran təhsil yox, öz maraqlarıdır. Məktəbimizdə sinif otaqları çatmadığından öz vəsaitimiz hesabına qurub yaratdığımız sinifləri anormalcasına sökən direktor əvəzi, indidə ibtidai sinif şagirdlərini ikinci növbəyə yerini dəyişib. İllərdir məktəbdə yaranan nizamı pozaraq, intizam yaratdığını iddia edən direktor əvəzi nədənsə məktəbə uzun zamandır gəlməyən xadimələrə və digər texniki işçilərə göz yumur. Çünki, buradan əldə etdiyi gəliri yuxarılarla  bölür və xeyir əldə edir. Seymur Cəfərovun davranışlarından dəfələrlə RTŞ-yə müraciət olunsada tədbir görülmədiyini  düşünsəkdə sonradan məlum oldu ki, onlarda nəyəsə görə onu bu davranışlarından çəkindirə bilmirlər və sifətlərindəki  acizanə ifadə ilə sanki xəstəxanaya ağır xəstə haqqında edilən müraciətə : bizlik bir şey yoxdur ,Bakıya qaldırın deyirlərmiş kimi cavab verdilər.  Saytınız vasitəsilə sizdən xahiş edirik  səsimizi aidiyatı orqanlara çatdıraraq  düşdüyümüz müşkül durumdan  bizi xilas etmələri üçün  kömək edəsiniz .

06 Eylül 2017

Bizdən özümüzə rəhbər olmaz .......................

Yeni tədris ilinin başlanması ilə Cəlilabada Təhsilində rüsvayçı alver yenidən başlandı. RTŞ müdiri Elminaz Nadirova hərrac yolu ilə məktəbəqədər siniflərin açlışı üçün hər bir direktordan 350 manat almağa başlaıyıb. Hər məktəbin payına düşən aylığı artırılıb. Direktor əvəzi olmaq istəyənlər isə İcra Başçısı Əziz Əzizovu görməlidirlər . Ən son Göytəpə şəhər 1 saylıya Seymur Cəfərovu direktor təyin edən Əziz müəllim ondan 15 min manat alıb və deyilənə görə hətta nazirlikdə təsdiq etdirib. Bəzilərinə bu fakt inandırıcı görünməsədə elə məhz Təhsil Nazirliyi tərəfindən korrupsiyaya himayədarlıq edilir . Deyə bilərsiniz ki,bu deyilənlərin heç biri yeni bir şey deyil əvvəldə olub, indidə var və olacaqda. Doğrudur amma bir məsələ var ki, bu dəfə təkcə prezidentin etimadı deyil, artıq müstəqilliyimiz üçün təhlükə yaranıb. Bu hadisələrdən sonra  hansı  müəllimi dindirsən bizə müstəqilliyin yaraşmadığını və rusun işğalını böyük səbirsizliklə gözlədiyini deyir. Bu fikrə isə onlara savadsız direktorlar  təyin edən İcra Başçıları aşılayır. Bizdən özümüzə rəhbər olmaz bizi ancaq dəyənəklə idarə etməlidirlər deyirlər. Əgər DTX və ya Prezident bu məsələyə müdaxilə etməzsə artıq müstəqilliyimiz üçün sayılı günlərin qaldığına şahid olacayıq.

11 Ağustos 2017

Prezidentin Cəlilabad səfərində sürpriz ola bilər

Prezident İlham Əliyevin bu yaxınlarda cənub bölgəsinə səfəri gözlənilir. Səfər çərçivəsində çox guman yenə də yollar bağlanacaq və bir iki obyektin açlışında iştirak edən prezidentə sosial infrastrukturun yüksəldiyindən , əhalinin əhvalının yaxşılaşdığından ağız dolusu danışılacaq. Doğrudanmı bu dəfə də eyni senari üzrə nağıllar danışılacaq ? Yenədə xalq öz sözünü prezidentə deyə bilməyəcək ? Bəlkə bu dəfə bu qədər arxayın olmayaq ... əvvəlki illərdən fərqli olaraq Cəlilabad rayonunda narazılıq səviyyəsi həddindən artıq artmışdır və hətta narazı qüvvəllər arasında məmurlar belə var . Söz yox həmin məmurlar özləri heçnə deyə bilməsə də yəqin ki, fəhlə-kəndlilər içərisindən onların mənafeyindən  çıxış edən oldu. Son zamanlar Cəlilabaddakı durumu analiz etsək , görərik ki, sosial müavinət oyunu bitmiş, hətta xəstəlik üzrə qrupla təqaüd alanlar bu imtiyazlarından məhrum edilmişlər. Əhali içərisində normal işləyərək əmək haqqı alan müəllimlərin də dərslərinin vakanta çıxarılması narazılığın pik həddinə çatdığını göstərir. Bizə gələn məlumatlara görə , ola biksin ki, Prezidentin keçdiyi zaman hansısa narazılıq ifadə edən üsuldan istifadə olunacaq. Deməli prezidentin bu dəfəki gəlişində nəsə sürpriz ola bilər..


06 Ağustos 2017

Cəlilabad təhsilindən növbəti şikayət

Cəlilabad təhsilindən növbəti şikayət! Şikayəti olduğu kimi sizə təqdim edirik
Hörmətli Cənab Nazir ,
Sizə yazmış olduğum saysız-hesabsız məktublarımın ünvana çatmadığını düşünərək bu dəfə sayt vasitəsi ilə  sizə müraciət edirəm. Rayon Təhsil Şöbəsinin müdiri rüşvətlə direktor təyin etdiyindən Cəlilabad rayon məktəbləri təhsil müəssisəsi kimi öz nüfuzunu itirməkdədir. Rüşvət verən kim olsa direktorluq vəzifəsinə gətirilir. İctimayyət arasında hörməti, nüfuzu, əxlaqı olmasa da olar “təki pul versin”  prinsipi ilə işləyən Elminaz Nadirova ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğuldur. Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq”  barədə düşünərsə onun təhsilimizə hansısa tövsiyəni  verməyini düşünmək özü gülüncdür. Belə savadsız və səriştəsiz direktorlardan biri də Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Seymur Cəfərovdur. İxtisasca ingilis dili müəllimi olub ingilis dilində bir kəlmə söz bildiyinə dərs dediyi min şagirdindən biri şahid dura bilməz. Diaqnostk qoymətləndirmədən səkkiz bal toplayan birinin direktor təyin olunmasında məqsəd yəqinn ki, təhsilimizi inkişaf etdirmək deyil. Belə bir şəxsin savadlı kadırlar üzərində rəhbər təyin edilməsi ən azından elə həmin kollektiv üçün təhqirdir.
Cənab Nazir, dəfələrlə sizə yazdığım məktublarda bildirmişəm ki, burada adları olub özləri olmayan və məvacib kartları direktorun cibində olan şəxslərin adı gedir. Bu şəxslərin konkret olaraq adlarını nazirliyə təqdim etmişəm. Nazirlik isə mənim şikayətimi araşdırmaq üçün təhsil şöbəsinə göndərib. Şikayət ərizəmdən sonra Seymur Cəfərov məni bir qrup şəxslə şantaj etməyə çalışmış və guya mən bunları ondan pul almaq məqsədi ilə etdiyimi bildirmişdir. Təkrar Nazirliyə müraciət etdikdən sonra yenədə araşdırlması üçün iş Təhsil Şöbəsinə göndərilmiş və orada mənə yağlı vədlər verərək şikayətdən çəkinməyimi demişdilər. Məvacib kartlarını mənimsədikləri şəxslərdən başqa sən demə burada bəzi dırnaqarası jurnalistlərə də şikayət etməsinlər deyə yaxın qohumunun adını yazaraq aylıq haqq verirlər. Bu cür şəraitdə hansı təhsildən söhbət etmək olar ? Bir daha sizə müraciət edərək xahiş edirəm ki, təhsili təminat şöbəsi kimi mənimsəyənlərə imkan verməyəsiniz.

Hörmətlə, Ramiz Yarıyev.

Ünvan : Cəlilabad rayon Ağdaş kəndi

əlaqə telefonu: 051-467-42-59

04 Ağustos 2017

"Göytəpənin fəxri sakini " Cəlilabad təhsili üçün Nazirə müraciət etdi


Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına
Müraciət


Hörmətli Cənab Nazir ,
Mən Ələkbərov Zaur  Zakir  oğlu  Xocalı şəhərində anadan olmuşam. Məlum   faciə zamanı  yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik , anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bu  günkü günə qədər xəbər  yoxdur.Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı.  Döyüşlərin birində yaralansa da bir müddət sonra yenə də  mərhum Prezidentimiz  Ulu  Öndər  Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon  Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq .  Göytəpə şəhər  1 №-li tam orta məktəbi bitirdikdən sonra  1996 –cı ildə  ADPU-nun  Tarix  fakultəsinə daxil olmuşam.  2000 –ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım  Cəlilabad rayonuna,  özüm isə hərbi xidmətə yollanmışam . Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005 -ci ildə Cəlilabad rayon  V. Mürsəlov  adına Göytəpə şəhər  1 № li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında  nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq Göytəpə şəhər ağsaqqallar şurasının təklifi  ilə Göytəpə şəhər ərazi nümayəndəliyi  tərəfindən mənə  Göytəpə şəhərinin “ Fəxri  sakini” statusu verilmişdir. 2012-2013 cü illərdə “Mədəd Azərbaycan” MMC –nin  təşkilatçılığı ilə ümumi təhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub  bölgəsi  və  Biləsuvar rayonu  üzrə əlaqələndirici koordinatoru  olmuşam. 2014 –cu ildə “İlin ən yaxşı müəllimi “ müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganı məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm , 3 qızım var.  2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.

 Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı preziden İlham Əliyevin humanist qanunlarının köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri  güclü olanda  bizim kimi ailələr də bundan yararlana bilir əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmiş dövlət müəssisələrindən birində, Xocalıdan olduğumu bilən bir məmur,  faciədən necə qurtulduğumuzu ürək ağrısı  ilə yarım saat  sorğu –sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini  istədi .
Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf  şarait  yaradılsada,  həmin qurumun rəhbərinin vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil , gəliri maraqlandırır.
 Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti  ilə “Mədəd Azərbaycan” təşkilatında  tanış olmuşam.  Yüksək mədəniyyət və intelektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı , dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız  bu cür təşkilatların fəaliyyəti idi .  

01 Ağustos 2017

Vakansiyaları kim verir ?

Hörmətli Cəlilabadlı Təhsil İşçiləri !

Dərs saatlarınızın vakanta çıxarılması ilə bağlı aldığımız şikayət məktublarında qeyd edirsiniz ki, Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova deyir ki, sizin dərslərinizin vakant verilməsindən xəbərim yoxdur və bunu edən Təhsil Nazirliyidir.

Cənablar və Xanımlar !  
Bizi qərəzlilikdə günahlandırsanızda , bir daha sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Bunların hamısın edən RTŞ müdiri və direktorlardır. Necə olur ki, Elminaza vaxtı vaxtında haqq verən və diaqnostikdən az bal toplayan heç bir məktəbin adı yoxdur. Xüsusilə kartları Elminazın öz əlində olan yeddi  nömrəli məktəbdən niyə vakant verilməyib. Bəlkə bu məktəblərin içərisində hansısa məktəb Göytəpə 1 saylı məktəbdən yaxşı nəticə göstərib ?


Gizli sirləri bilmək istəyirsiniz ?

Gizli sirləri bilmək istəyirsiniz ?
Bu sözü aylardır təhsil işçilərinə biz yox, başqaları deyirlər , amma ingilis dilində. Facebookda  TƏHSİL ŞİKAYƏTLƏRİ adlanan bir qrupa rəhbərlik edən Thomas Crown adlı saxta profilli bir şəxs  bu qrupa rəhbərlik edərək  təhsil işçilərinə “kömək” edir.  Profil şəklinin üstündə isə ingilis dilində məhz bu sözlər yazılıb “Do You Want to Know a Secret ?”


31 Temmuz 2017

CƏLİLABAD MÜƏLLİMLƏRİ ÜSYANA QALXDI !

Cəlilabad rayonunda müəllimlər üsyana qalxır
Hələ yeni tədris ili başlamayıb və dərs bölgüsü üstündə müəllimlərin narazılıqları başlayıb. Narazılığa əsas səbəbi isə müəllimlərin dərs yüklərinin qeyri-qanuni olaraq vakanta verilməsidir. Narazı müəllimlər bu gün direktor və Cəlilabad  RTŞ nin müdiri ilə görüşüb və nəyə görə onlatın dərslərinin vakanta verildiyini soruşublar. Direktor və RTŞ müdirinin deməyinə görə onların bu işdən xəbəri yoxdur və bunu edən Nazirlik olub. Təhsil Nazirıiyi ilə əlaqə yaratmağa çalışsaq da nəticə əldə edə bilmədik. Diaqnostik Qiymətlə­ndirmədən sonra düşü­nürdük ki, 65 yaşına çatmış müəllimlər də təqaüdə çıxandan sonra dərs saatlarımız artar və  normal əmək haqqı alarıq. Hər şeyin bahalaşdığı bir dövrdə aldığımız əmək haqqı ilə onsuz dolanmaq olmur. Tə­hsili bazara döndəri­blər. Kim istəyir pu­lunu verib direktor olur, nə istəyirlər edirlər.Sosial durumu  ağır olan müəllimlərin dərs saa­tlarının yetərli olm­adığı halda dərsləri vakanta verilməsi həm dövlətə həm də bi­zə qarşı təxribatdır. Təhsil Nazirliyi hansı qanunlarla işlə­diyi bilinmir. Əgər bir müəllimin dərsi 36 saatı ötməyibsə necə vakant verilə bi­lər. Bu nə qanunsuzl­uqdur.Hal-hazırda müəllimlər Cəlilabad RTŞ  qarşısında etiraz aksiyası keçirirlər. Əgər bu qanunsuzluqlara son qoyulmasa Prezident Aparatının qarşısına gedərək orada aksiya keçirəcəklər.

20 Temmuz 2017

Müəllimlərin etirazı qarşısında Təhsil Nazirliyi geriyə addım atdı

Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılır
"Report"a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib. Bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq.

Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır: "Bu yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".
O vurğulayıb ki, sosial şəbəkələrdə dərs yükünün azaldılması ilə bağlı toplanan ballara uyğun dərs saatlarının ayrılması ilə bağlı foto tamamilə yanlışdır: "Həmin fotonun heç bir əsası yoxdur

17 Temmuz 2017

Təhsil Nazirliyində Elminazı himayə edənlərin adları .

Cəlilabad rayon təhsil işçilərindən aldığımız şikayətlərin ardı arası kəsilmir. Tədris ilinin sonu olmasına baxmayaraq Cəlilabad təhsilində korrupsiya və neqativ hallar azalmır. Direktorlardan birinin verdiyi məlumata görə Elminaz Nadirova onları RTŞ yə çağıraraq guya məktəblərinin təmirində küllü miqdarda pul almalarına qol çəkmələrini tələb etmişdir.


Bundan əlavə direktorlar aylıq xəracının miqdarını artırmalıdırlar. Hansısa direktor pul verə bilmirsə vəzifəsindən olurlar. Hal-hazırda  20 yə yaxın direktorun işdən çıxması haqqında ərizəsi və məktəbin möhürü RTŞ müdiri Elminaz Nadirova tərəfindən alınaraq işdən kənarlaşdırılıb. Məlumatı verən direktora niyə gedib imtahan verərək direktor olmursunuz axı siz savadlı kadırsınız sualına cavab bu oldu ki , Elminaz Nadirova rəy verməsi üçün müəllimlərdən 8-10-15 min pul alaraq rəy verir.

12 Temmuz 2017

Cəlilabad Təhsil İşçilərinin bəyanatı

Diaqnostik qiymətlindirmə keçirilərkən  bildirdiniz ki, bu balların heç bir əhəmiyyəti yoxdur və hər kəsin əmək haqqı artırılacaq və belə də oldu. İndi isə Təhsil şöbə müdirləri məktəb direktorlarına kağız parçası verərək dərs saatlarının azaldacağını demisiniz. Bilmək istərdik  bu sizin verdiyiniz qanunlardır ya sizə qarşı növbəti təxribatdır ? Əgər  bu belədirsə,  sizin illərdir aparmış olduğunuz uğurlu  islahatlarınıza cox ciddi zərbə vurulmaqla yanaşı təhsil işçiləri içərisində sosial bazanızın atın itirilməsi deməkdir.  Bu  ölkə qanunlarını pozmaqla yanaşı eyni zamanda müəllimləri aldatmaqdır. Bu tapşırığın 2 gün ərzində sizin tərəfinizdən verilməsinin doğruluğunu təsdiq ya inkar  etməsəniz. Sizin əlehinizə kompanyalara qoşulacaq və istefanızı tələb edəciyik .

14 Haziran 2017

İcra başçısının "şəkər çuğunduru" xadiməni şoka saldı

Cəlilabad rayonunda özbaşınalıq pik həddə çatıb. Bütün bunların arxasında isə yalnız bir adam var o da Əziz İmran oğlu Əzizov ! Əvvəllər məktəb müəllimlərini və xadimələrini  müxtəlif yerlərdə iməclik adı ilə işlədən Əzizov, indi də özünün Göllü adlanan yerdə əkdirdiyi şəkər çuğunduru plantasiyasında məktəblərin texniki işçilərini qul kimi işlədir. İşçiləri ac-susuz necə vəhşicəsinə işlədiblərsə Cəlilabad şəhər 4 nömrəli məktəbin xadiməsi şoka düşmüş və hələ də ayılmamışdır. Əziz Əzizov və onun kimi vicdansız məmurlara buradan səslənərək bildirmək istəyirik ki, Allahdan qorxun ! İnsanların haqqını yeməkdən çəkinin. Bəsdirin Cəlilabad təhsilini məhv etdiniz ! Əgər bütün bunlara son qoymasanız sizin məktəblərdən nə qədər pul yığdığınızı , direktorlardan və xadimələrdən nə qədər aldıqlarınızı faktlarla söyləyəciyik. Hər müəllimdən nə qədər pul alaraq direktor təyin etməyiniz hamı biləcək .

13 Mayıs 2017

Elminaz Nadirovanın vəzifə alveri

Rayon təhsilini bərbad vəziyyətə qoyan Elminaz Nadirova pul ala bilmədiyi direktorları xəbərdalıq edərək bildirib , "əgər "işləməyəcəksinizsə" sizi işdən çıxaracam.Baxın, Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktoru Firudin Bəhmənovda pul vermədiyi üçün onu işdən çıxarıb yerinə Seymur Cəfərovu qoydum. Hər zaman yerinizə pul verəcək birisi tapılar əgər vaxtında pul gətriməsəniz məktəb möhürünü və açarı təhfil verin.

Cəlilabadda məktəb direktorlarını sahələrdə qul kimi işlədirlər

Mötəbər mənbələrdən daxil olan məlumata görə Cəlilabad RİH -nin və Cəlilabad RTŞ -nin qeyri-rəsmi əmri və tələbi ilə Cəlilabad məktəblərinin direktorları və xadimələri  iməclik adı altında əvvəllər pambıq sahələrində indi isə ferma tikintisində işlədilir. Mikayıl Cabbarov Cəlilabad təhsilinin səviyyəsindən şikayət edərkən bilməlidir ki, o nə vaxta qədər ki, öz işçilərinə sahib durmayacaq onlar da başqa qapılarda nökərlik edərək təhsilinə can yandıra bilməyəcəklər. Mikayıl Cabbarov cənabları hər gün Cəlilabad təhsilində baş verən özbaşınalıqlar haqqında məlumat alırıq yəqin ki bunu sizə də göndərirlər. Ya işləyin ya da qoruğunuza qayıdın !

Nazir təhsildən yayınan şagirdlərin teleyinə biganə qalmamlıdır

Yay mövsümünün başlaması ilə Cəlilabad rayon məktəblərində onsuz da  olmayan davamiyyət bir az da aşağı düşdü. Elminaz Nadirovanın bərbad idarəçiliyində  rayon təhsili ölkədə ən aşağı yerlərdən birini tutmuşdur. Bu artıq heç kəsə sirr deyil. Biz bu barədə dəfələrlə desəkdə bəzən bizə inanılmamıç və ya heç bir tədbirlər görülməmişdir.Elminaz Nadirovanı rayonda təhsildən başqa hər şey maraqlandırır. Onun üçün ancaq pul olsun. Hər məktəbə kontingentindən aslı olaraq pul tələb edən və eyni zamanda məktəbdəki xadimə və lobarant ştatların müəyyən qisminin məvacib kartlarını öz seyfində saxlayan Nadirova təhsillə deyil ancaq ayın sonunu gözləməklə məşğuldur.  Adlarının çəkilməsini istəməyən 3 məktubda məktəb şagirdlərinin istismarı və istismar edərkən ölüm faktları haqqında məlumatlar almışıq. Bütün bunlar isə RTŞ müdiri tərəfindən gizlədilməkdədir. Kənd məktəblərinin şagirdlərindən birinin kartof sahəsində işləyərkən kartofun dərmanlanası zamanı ölməsi, digərinin isə işə gedərkən yolda aftomobil qəzasına düşrək ölməsi faktı Nazirlikdən gizlədilmişdi. Bundan əlavə kənd məktəblərinin birində 9 cu sinif şagirdinin intihar etməsi faktıda Nazirlikdən gizlədilmişdi. İnanmaq istəyirik ki, Nazir bu durumdan xəbər olan kimi bu barədə ciddi tədbir görəcək.

06 Nisan 2017

Saxta diplomla bağlı araşdırmanı kim tələb edib ?

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova bəzi şikayətlərin qarşısını almaq məqsədilə həmin müəllimlərin diplomlarını araşdırmaq məqsədilə Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi isə diplomları yoxlatmaq məqsədilə Cəlilabad rayonunda yerləşən ümumtəhsil məktəblərinin hamısına göstəriş verərək onların dilomlarını tələb etmişdir. Nazirlikdən gələn cavabdan sonra vəziyyət o qədər gərginləşmişdir ki, Elminaz da heç bunu gözləmiyib. araşdırma nəticəsində məlum olub ki, Elminaz qeyri qanuni olaraq 200 nəfərdən çox müəllimlə qeyri -qanuni müqavilə bağlamışdır. 170 nəfərdən çox qeyri qanuni  evdə təhsil və 70 nəfər fərdi təhsilin pulunu mənimsəyirmiş.Mənbəmizin verdiyi məlumata  görə  Diplomları "saxta" çıxan müəllimlərin aksiya edəcəyi gözlənilir . Çox guman  aksiya bu yaxınlarda olacaq. 

02 Nisan 2017

Yalları azalan itlərin kəndlərə hücumu


Tədris ilinin sonuna yaxınlaşdıqca Cəlilabad RTŞ -nin müdiri Elminaz Nadirova məktəblərdən aldığı aylıq 800-1000 azn arası pulların miqdarını artıqmaq qərarına gəlib. Deyilənə görə nazirlik tərəfindən aparılan son yoxlamalarda xərci çox çıxdığına görə bu büdcəni doldurmaq məsədi ilə bəzi rayon kəndlərinə yoxlama reydləri təşkil olunaraq tutulan qüsrlara görə xəracları artırıblar. Bu dəfəki elçi heyyətinin tərkibində İlkin, Ərəstun və Ramiz  rayon kəndlərinə yoxlamaya gedərək oradan Elminaz üçün xadimə məvacib kartı istəyib və pulun miqdarini artırmalarını deyiblər.
Xəlilli kəndindən verilən məlumata görə İlkin, Ərəstun və Ramiz bu səfədə istəklərinə nail olmuşdular. Bu reyd insanların narazılığına səbəb olduğundan yuxarı orqanlara müraciət edəcəkləri də söylənilir.

01 Nisan 2017

Cəlilabadlı müəllimdən Mikayıl Cabbarova Müraciət


Hörmətli Cənab Nazir 

Biz hər zaman sizin Azərbaycan Təhsilində rüşvətin kökünü kəsmək üçün görmüş olduğunuz tədbirlərinizi bəyənir və dəstəkləmişik. Amma çox təəssüflə qeyd etməliyik ki, sonuncu qərarınız bizi ruh düşgünlüyünə salmış və inamımızı sarsmışdır. Məgər siz bilmirsiniz ki, region təhsilində rüşvət və korrupsiyanın mənbəyi elə Rayon Təhsil İdarələri və onların sizdən çox tabe olduqlari Rayon İcra Hakimiyyətləridir. Bunu bildiyiniz halda niyə hələ də Direktorların İşə Qəbulunda "RƏY"ləri onlara həvalə edirsiniz ? Sizcə onlar təmiz , saf işləyən kadırlar haqqında müsbət rəy verərlərmi ? Cəlilabad rayon Təhsilində kifayyət qədər savadlı, bacarqlı kadırlar olmasına baxmayaraq Sizi tam əmin edə bilərəm ki, heç biri bu müsabiqədə iştirak etmirlər. Onlar hər zaman rayon rəhbərliyinin təhsilə müdaxiləsini və təhsil idarələrinin yarıtmaz fəaliyyətini tənqid etmişlər . İndi onlar əgər rayon təhsili üçün irəli dursalar tənqid etdiklərinin haqlı olduğunu və rüşvətsiz təhsildə işləmənin mümkünsüz olduğunu qəbul edəcəklər. Bunları deməklə əslində sizə inanan sosial bazanın hər gün seyrəldiyini xatırlatmağı həqiqi vətəsevər müəllimlərimizə isə sizə inanmamağı tövsiyə edirik. 

26 Mart 2017

Rayonda vəziyyəti qarışdıran məmur kimdir ?

Keçən yazılarımızda bunun anonsu verən də yəqin ki, çoxlarınız söhbətin kimdən getdiyini təxmin etmişdiniz . Bəli, bu məmur Malik Şərbətovdur. Bu şəxsi təmsillərdə Aslanın yanındakı tülküyə də bənzədə bilərsiniz. Malik Şərbətov İcra Başçısının köməkçisi olmaqla bir çox məsələlərə bir başa nəzarət edə bilir. Əlindən gəlməyən iş yoxdur . Əgər hər hansı məsələ də özünə qarşı Rayon rəhbərinin etimadının azaldığını hiss edərsə dərhal vəziyyəti qarışdıraraq özünü diqqət yönəldir. O bunların çoxunu elə aylıq haqq verdiyi  reket jurnalist daha doğrusu "reket  zurnalist"lər vasitəsi ilə həyata  keçirir. O ara qarışdırmaqla əslində həm başçını həm də hansı məmur haqqında yazdırırsa onu zərərə saldırır.


25 Mart 2017

Dövlət məmuru, sahibkar, yoxsa .... ?

Azərbaycan Respublikasının qanunlarına görə Dövlət Qulluğunda olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qadağan olsa da bir çox məmurlar buna məhəl qoymurlar.
Cəlilabad rayon məmurlarından Sabir Hüseynov haqqında yazı yazdığımız zaman bəzi şəxslər onun təmiz işlədiyini , nə avtomobilinin nə də villasının olduğunu qeyd etdilər. Biz də oxucumuzun fikirlərinə hörmətlə yanaşaraq yüngül araşdırma aparmaq qərarına gəldik. Məlum oldu ki, Sabir Hüseynovun "Prado" avtomobili olmuş və onunla adam öldürdükdən sonra onu satmışdır. Doğulduğu Təklə kəndində isə böyük Şadlıq Sarayının və rayonda isə böyük evinin və Ucuzluq adlı marketinin olduğu aşkarlandı. Bu hələ görünənlərdir. Sabir  Hüseynov rayonun bir çox məmurlarını da özündən aslı hala salmaqla demək olar ki, böyük güc sahibidir. Rəhbərlikdə olanlar sadəcə görüntü xarakteri daşıyır. Məsələn təhsildə hansı kadrın hara qoyulmasını istəyənlər Sabiri "görməlidirlər" Elminaz təhsildə sadəcə görüntü xarakteri daşıyır. Elminaz əgər narazılıq edərsə İcra aparatının "simpatyaqası" olan Sabir onu Masallı rayonuna apararaq könlünü almaqla bu işi yoluna qoyur .


24 Mart 2017

Cəlilabad şəhər 8 nömrəli məktəbin direktoru rəhbərliyə layiq deyil .



Müəllim adı şərəfli addır. Bu ada biz hamımız hörmətlə yanaşmalıyıq. Amma ən azından bu ada layiq olanlar da özlərinə hörmət etməli, cəmiyyət arasında diqqətli davranmalıdırlar. Məktəb rəhbərləri isə xüsusilə cəmiyyət arasında ən nüfuzlu şəxslərdən ibarət olmalıdır. Çünki , el arasında məktəblər dövlətin verdiyi adlarla deyil, rəhbərlərinin adları ilə çəkilir . Məsələn , Elminazın məktəbi, Şəhlanın məktəbi , Qrənfilin məktəbi və s. kimi tanınır məktəblərimiz. Buna görə də bu şəxslər ciddi simalardan seçilməlidir. Əhmədova Qərənfil Qorxmaz qızının şəxsiyyəti nədir özü bilər amma bu şəxsin ailə qurduğu şəxs Rusiya Federasiyasında adam oğurluğu, narkotik ticarati və reketliklə məşğul olduğundan ömürlük həbs cəzası alıb və belə bir şəxsin təhsil müəssisəsinə rəhbərlik etməsi nə qədər doğrudur ? Biz demirik belə bir şəxs cəmiyyətdən təcrid olunmalıdır amma ən azından belə şəxslərin yuxarı mövqedə təmsil olunmaları doğru deyil necə ki, polis, mtn və digər önəmli qurumlarda belə məsələlərə diqqət ayrılırsa məktəbdə yüksək vəzifələrdə təmsil olunmamalıdırlar.

17 Mart 2017

Elminaz Nadirovanın əmri

Cəlilabad RTŞ -nin müdiri Elminaz Nadirovanın yeni qeyri qanuni
                                             əmri
Bundan sonra Cəlilabad şəhərlərinin bütün məktəbləri iaşə (büfet) obyektlərinə məhsulları RTŞ -nin müdirini himayə edib qanadları altına alan Hüseynov Sabir Ağahüseyn oğluna məxsus marketdən almaq tapşırılır .
Əmr verildiyi gündən qüvvəyyə minir
Cəlilabad şəhər,19mart 2017-ci il
Cəlilabad RTŞ müdiri E.Nadirova

08 Mart 2017