Hörmətli Cəlilabadlı Təhsil İşçiləri !
Dərs saatlarınızın vakanta çıxarılması ilə bağlı aldığımız şikayət məktublarında qeyd edirsiniz ki, Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova deyir ki, sizin dərslərinizin vakant verilməsindən xəbərim yoxdur və bunu edən Təhsil Nazirliyidir.
Cənablar və Xanımlar !
Bizi qərəzlilikdə günahlandırsanızda , bir daha sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Bunların hamısın edən RTŞ müdiri və direktorlardır. Necə olur ki, Elminaza vaxtı vaxtında haqq verən və diaqnostikdən az bal toplayan heç bir məktəbin adı yoxdur. Xüsusilə kartları Elminazın öz əlində olan yeddi nömrəli məktəbdən niyə vakant verilməyib. Bəlkə bu məktəblərin içərisində hansısa məktəb Göytəpə 1 saylı məktəbdən yaxşı nəticə göstərib ?
Əziz Göytəpə 1 saylı tam orta məktəbin müəllimləri,
Elminaz Nadirovanın rüşvətxorluqlarından şikayətinizə görə Sizi Təhsil Nazirliyindəki dostları vasitəsilə məhkəməyə verdirən elə Elminaz özü olmuşdur. Necə oldu heç bir yerdə təkrar məhkəmə olmadığı halda məhz həmin məktəbin müəllimləri məhkəməyə verildi .. Səbəbi aydın olmadımı ? Hər bir yerdə direktor təyin edərək xeyli pul -rüşvət yeyən Elminaz , Göytəpə 1 saylıdan istədiyi qədər gəlir əldə edə bilməməsi onu sizə qarşı aqressivləşdirmişdi. Doğrudur sonuncu təyinatından 15 000 manat əldə edən Elminaz , aylıq gəlir vermədiyinə görə yenə də sizin məktəbdən narazıdır. Bu barədə sizə deyəndə məni qəbul etmirdiniz. Bir daha sizlərin nəzərinə çatdırıram Təhsil Nazirliyi şəffafun iş rejimi qurmağa çalışsada yuxarılarda Fərzəli Qədirov , Elmir Həsənov kimilər rüşvətlə aşağıdakılara dəstək durur . Bir az dirəniş göstərin və belələrini ifşa edin , kölə olmayın axı siz müəllimsiniz !
Hiç yorum yok:
Yorum Gönder