01 Ağustos 2017

Gizli sirləri bilmək istəyirsiniz ?

Gizli sirləri bilmək istəyirsiniz ?
Bu sözü aylardır təhsil işçilərinə biz yox, başqaları deyirlər , amma ingilis dilində. Facebookda  TƏHSİL ŞİKAYƏTLƏRİ adlanan bir qrupa rəhbərlik edən Thomas Crown adlı saxta profilli bir şəxs  bu qrupa rəhbərlik edərək  təhsil işçilərinə “kömək” edir.  Profil şəklinin üstündə isə ingilis dilində məhz bu sözlər yazılıb “Do You Want to Know a Secret ?”




Doğrudan  kömək edir ?
Əgər edirsə niyə bu adla edir ? İndi hamınız deyəcəksiniz “heç dəxli var.. əsas odur edir “ və ya “ əsas odur ki, edir adın bizə nə dəxli”  Əlbəttə ki, var !
 Thomas  Crown  kimdir ?
1968- ci ildə ABŞ istehsalı olan bir filmdəbaş qəhrəmanın adıdır. Milyoner  “Kübar Oğru “ olan Thomas Crown əyləncə məqsədi ilə bank və s. yarmaqla məşğul olur. Oyunlar  oynamağı xoşlayır.
Profil şəklindəki  Julian Assange kimdir ?
Julian Paul Assange (d. 1971) avstraliyalı internet aktivisti, jurnalist və Wikileaks adlı internet saytının qurucusu və redaktorudur.
Wikileaks’in redaktoru olmadan əvvəl xaker və kompyuter proqramçısı idi.
Julian Assange Wikileaks saytını 2006-cı ildə qurub. Onun 5 redaktoru və 800 könüllü işçi qrupu var. Hal-hazırda Julian Assange İsveçdə fəaliyyətini davam etdirir.
Azərbaycan oxucuları Prezident və onun ailəsi haqqında xoşagəlməz yazıları ilə onu tanımışdır.

Bəs bizim Thomas kimdir ?
Özünü “ağıllı” sanan və müəllimlərlə əylənən bu şəxs artıq iki aydır qeyri-qanuni hərəkətləri ilə Azərbaycan təhsilini sözün əsl mənasında ələ salır. Əlbəttə bu şəxs balaca fiqur ola bilməz və bu şəxs hər kimdirsə Təhsil Nazirliyinin əməkdaşı və hətta elə bir şəxsdir ki, Mikayıl Cabbarov ona çox etibar edir. Bir çox versiyalar bu şəxsin Eşqi Bağırov olduğunu desə də onu tanayanlar bilir ki, Eşqi ana quzusu və əl buyruqçusudur. Ola bilsin ki, bu işdə hansısa “xidmətləri” yerinə yetirsin amma o deyil. Bu kimdirsə daha böyük və daha səlahiyyətli biridir ki, Mikayıl Cabbarov belə öz səlahiyyətlərini ona dövr edib.  İkinci versiya kimi isə Mikayıl Cabbarovun xalası oğlunu Elnur Əliyevi deyirlər. Elnur haqqında internet üzərində araşdırma apararkən 2014 cü ildə yazılmış maraqlı bir yazıya rast gəldik. Yazını olduğu kimi veririk

Məlumatda bildirilir ki, Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsinə birinci müavin vəzifəsinə təyin olunduqdan sonra idərənin bütün rəsmi və qeyri-rəsmi səlahəiyyətlərinə sahiblənib. 
Qeyd edək ki, 200-dən çox məktəbi özündə birləşdirən Bakı şəhər Təhsil İdarəsi Təhsil Nazirliyninin əsas streteji və gəlirli sahələrindən biri hesab olunur. Bu məktəblərə nəzarəti həyata keçirən Elnur Əliyevin həmçinin Bakı şəhər Təhsil İdarəsinin bütün maliyyə resurslarına da nəzərət etdiyi qeyd olunur.
Məluamta bildirilir ki,  Elnur Əliyev "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi olub. Daha əvvələr isə Elnur Əliyev JEK rəisi işləyib. 

Daxil olan məlumatda bildirilir ki, Elnur Əliyev təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. Bu səbədən də istər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, istərsə də, Təhsil Nazirliyində Mikayıl Cabbarovun ən inanılmış adamı hesab olunub və olunmaqdadır. 

Məlumata əsasən Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra tədricən nazirliyin bütün "kilid” yerlərinə nəzarəti məhz Elnur Əliyevə həvalə edib. Hazırda nazirin xalası oğlu rəsmi olaraq Təhsil Nazirliyinin ümumi şöbəsinin müdiri və Bakı Təhsil şöbəsində birinci müavini vəzifələrini icra edir. Həmçinin Elnur Əliyev xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respubilkasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsinə nəzarət edən 3 nəfərlik Ekspert Qrupunun tərkibində yer alır. 
Məlumatlı mənbəmiz bildirir ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının diplomlarının tanınması işlərinə Elnur Əliyev rəhbərlik edir. Diplomların tanınması işində isə külli miqdarda qazanc var. 
Qeyd edək ki, Misir Mərdanovun zamanında bu işi sabiq nazirə yaxın olan isimlərdən biri, nazirliynin Hüquq Sektorunun müdiri Elmir Həsənli həyata keçirirdi və məhz Elmir Həsənlinin sayəsində çoxlu sayda saxta diplom tanınıb.
Məlumata əsasən hazırda Elnur Əliyevin əsas vəzifəsi  paytaxt məktəb direktorlarından yığılan aylıq "hesablar”a və Bakı Təhsil şöbəsinin xətti ilə orta məktəblərə ayrılan vəsaitlərin xərclənməsinə nəzarəti həyata keçirtməkdir. Paytaxtın orta məktəblərdə imtahanların keçirilməsinə və atesstatların verilməsinə də nəzarəti Elnur Əliyevin komandası həyata keçirir. 
Qeyd edək ki, Elnur Əliyevin bağlı yaxın günlərdə oxucularımıza ilginc informasiya təqdim edəcəyik. Bizi izləməkdə davam edin…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Pia.az
Elnur Əliyev Thomas Crown ola bilərmi ? 

Hiç yorum yok:

Yorum Gönder