31 Temmuz 2017

CƏLİLABAD MÜƏLLİMLƏRİ ÜSYANA QALXDI !

Cəlilabad rayonunda müəllimlər üsyana qalxır
Hələ yeni tədris ili başlamayıb və dərs bölgüsü üstündə müəllimlərin narazılıqları başlayıb. Narazılığa əsas səbəbi isə müəllimlərin dərs yüklərinin qeyri-qanuni olaraq vakanta verilməsidir. Narazı müəllimlər bu gün direktor və Cəlilabad  RTŞ nin müdiri ilə görüşüb və nəyə görə onlatın dərslərinin vakanta verildiyini soruşublar. Direktor və RTŞ müdirinin deməyinə görə onların bu işdən xəbəri yoxdur və bunu edən Nazirlik olub. Təhsil Nazirıiyi ilə əlaqə yaratmağa çalışsaq da nəticə əldə edə bilmədik. Diaqnostik Qiymətlə­ndirmədən sonra düşü­nürdük ki, 65 yaşına çatmış müəllimlər də təqaüdə çıxandan sonra dərs saatlarımız artar və  normal əmək haqqı alarıq. Hər şeyin bahalaşdığı bir dövrdə aldığımız əmək haqqı ilə onsuz dolanmaq olmur. Tə­hsili bazara döndəri­blər. Kim istəyir pu­lunu verib direktor olur, nə istəyirlər edirlər.Sosial durumu  ağır olan müəllimlərin dərs saa­tlarının yetərli olm­adığı halda dərsləri vakanta verilməsi həm dövlətə həm də bi­zə qarşı təxribatdır. Təhsil Nazirliyi hansı qanunlarla işlə­diyi bilinmir. Əgər bir müəllimin dərsi 36 saatı ötməyibsə necə vakant verilə bi­lər. Bu nə qanunsuzl­uqdur.Hal-hazırda müəllimlər Cəlilabad RTŞ  qarşısında etiraz aksiyası keçirirlər. Əgər bu qanunsuzluqlara son qoyulmasa Prezident Aparatının qarşısına gedərək orada aksiya keçirəcəklər.

Hiç yorum yok:

Yorum Gönder