07 Aralık 2020

Qadınbaz, manyak, rüşvətxor İcra Başçısı Namiq Zeynalov həbs olundu !



Rayon təhsilində  baş alıb gedən rüşvətxorluqlar barəsində dəfələrlə yazıb məlumat vermişdik. Bununla belə qadın düşgünü olan Namiq Zeynalov  təhsili öz manyak hislərinə qurban verirdi. Özünü bəzən sadə aparsada əslində şərəfsizliyin kitabını yazmış biri idi. Onun zamanında bir çox dəyişikliklər oldu. Rayonda şəhid ailələrinə və əlillərə hörmətsilik olundu. Hətta Qarabağ əlili intihar belə etdi. Sosial muvinatlar imkanlı adamlara verildi. Təhsildə və icra  nümayəndəliklərində xadimə kartlarının hamısı Namiq Zeynalovun seyfində idi. Rüşvət verməyənləri və ya az verənlərin torbalarını tikdilər. Bəzi məslələr var ki, onları etika xatirinə demirik ancaq bilin ki, vəziyyət çox pis idi. Qərənfil Əhmədovanın açıq aşkar səs yazılarını demirəm hələ...








17 Kasım 2020

Ermənidən pis olan daxili düşmənlərimizi sizlərdə tanıyın.(Foto Fakt)

 


Xaricdə düşmənlərlə çatışdığımız bir vəziyyətdə daxildəki düşmənlər də öz işindədir.Hətta ölkədən xaricdə olan "söyüş müxalifəti" belə dayandığı bir dönəmdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri öz məkirli planlarını davam etdirməkdə idi. Bu dəfə RTŞ -də GHH-nin metodisti və kitabxanalara baxan Ərəstun Vəliyev vasitəsi ilə pul toplayan Qərənfil Əhmədova amansız düşmənlərlə üz-üzə olduğumuza belə məhəl qoymadı.Mənbəmizin verdiyi məlumata görə Ərəstun Vəliyev Cəlilabad şəhər 2 nömrəli məktəbin kitabxanaçısı vasitəsi ilə bütün məktəblərdən pul toplamağa başlayıb. Mənbə bidirir ki, Qərənfil Əhmədovanın cinayətlərini təsdiqləyən faktların Təhsil Nazirliyinə göndərilməsinə baxmayaraq Emin Əmrullayev onun barəsində heç bir tədbir görmür və ya görmək istəmir.

15 Ekim 2020

Cəlilabad təhsil şefini heç kim belə ifşa etməmişdi

Hamının başı cəbhədə gedən vəziyyətə qarışdığı bir vaxtda Cəlilabad rayon təhsili ətrafındakı söz söhbətlər daha da gərginləşməkdədir. Cəlilabad rayonunun fəal gənclərindən Eışən Oktayoğlu öz sosial hesabında yazdıqlarını sizlərə olduğu kimi təqdim edirəm:

Ölkə başçısı İlham Əliyev cənablarına

Baş Prokuror Kamran Əliyev cənablarına

Təhsil Naziri Emin Əmrullayev cənablarına 

Ünvanladığım məktubu ictimailəşdirirəm

Nəzərinizə çatdırım ki, ölkəmizin bu ağır günlərində Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova təhsilimizi məhv etməkdə davam edir.

07 Ekim 2020

Cəlilabaddakı dost cəmiyyəti çətin zamanlardada xəyanətini davam etdirir

 CƏLİLABADIN "DOST" iş mərkəzində dövlət vəsaitləri necə mənimsənilir ?


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb.

Ökə başçısının sərəncamıyla bu yaradılan "DOST" İş Mərkəzi MMC-nin adını da korrupsiya çirkabına bulaşdırıblar. Pul hərisi olan kreslo sahibləri bu cavan qurumun xəttiylə, adları rayon sakinlərinə məlum olmayan yüzlərlə şəxsin adını belə idarə və müəssisələrə işə yazdırıb, maaş kartlarını ciblərinə qoyaraq, bu yolla da dövlət vəsaitini talan etməkdən çəkinmirlər

20 Eylül 2020

Cəlilabad RİHB Namiq Zeynalov gəncləri müxalifətə yönəldir

 


Yazartv.az saytının baş redaktoru Polis Şöbəsinə çağrıldı

Mənbəmizin veridyi məlumata görə Cəlilabad rayonunun gənc fəalı Yazartv.az saytının baş redaktoru  Cəfərov Elşən Oktay oğlu  "RTŞ müdiri Qərənfil Əhmədova Qəbristanlıqda aylıq yığdırır” başlıqlı yazısına görə polisə çağrılıb.  Cəlilabad RİH nin başçısı Namiq Zeynalovun  xüsusi tapşırığına əsasən  19.09.2020-ci il tarixində Cəlilabad RPŞ-nə çağrılan Elşən  şöbənin müavini Rövşən Quliyev tərəfindən hədə qorxu gəlinərək həmin  yazını pozdurmuşdur.  Rövşən Quliyev açıq şəkildə:  buraların reketi mənəm  və heç kim mən olduğum yerdə başqa  söz deyə bilməz deyərək  yazara hədə qorxular yağdırmışdır. 

19 Eylül 2020

Cəlilabad təhsilində analoqu olmayan biabırçılıq

 

    Cəlilabad rayon təhsilinə Qərənfil Əhmədovanın rəhbər kimi təyinatından sonra təhsildə baş verən biabırçılıqların ardı arası kəsilmək bilmir. Əslində bunların olacağı heç kəsdə şübhə doğrultmurdu. Əvvəllər şəhər  8 saylı məktəbdə rüşvətxorluğu ilə ad çıxarmış Qərənfil Əhmədovadan başqa nəsə gözləmək sadəlövlük olardı. Rayon İB -sı Namiq Zeynalov rayon təhsilini məvh etmək üçün Qərənfildən yaxşı kadr tapa bilməzdi. Qərənfilin  cinayətlərini sübut edən kifayyət qədər səs yazısı internetdə olmasına baxmayaraq və tədbir görülmədiyinə görə hər gün bir az da azğınlaşır.

17 Eylül 2020

Cəlilabad təhsilindəki acınacaqlı durum Ziyalıları hiddətləndirdi.

 Cəlilabad rayonunun dəyərli ziyalılarından Əzizxan Əzizxanlı da Cəlilabad RTŞ dəki vəziyyətə qarşı üsyan etdi. O özünə məxsus sosial hesabında status paylaşaraq Cəlilabad təhsilinin yenə də bazar qaydaları ilə işə düşməsindən gileylənib. Müəllimlərin haqlı iradlarına baxılmadığı və ilin sonuna qədər uzadıldığı bildirilib. Statusu olduğu kimi paylaşırıq.

16 Eylül 2020

Cəlilabad rayonunda məktəb direktorları vakansiyasını niyə gizlədir?

 

Cəlilabad rayon məktəblərində vakansiyaların gizlədilməsi və müraciətlərə baxılmaması ilə bağlı Müəllimlərin İşə Qəbulu(MİQ) üzrə imtahanlarda yüksək nəticə göstərən bir qrup gənc müellimlər “Turantv.az” İA -nə müraciət edərək bildiriblər:
“Biz müəllimlər hər il Müəllimlərin İşə Qəbul imtahanında iştirak edib vakansiyaların azlığı səbəbindən işsiz qalırıq. Cəlilabad Rayon təhsil şöbəsi tərəfindən məqsədli şəkildə vakansiyalar gizlədilir, şəxsən tanıdıqları müəllimləri müqavilə ilə işə qəbul edirlər. Biz buna etiraz edirik. Əgər müqavilə ilə işə qəbul olunmaq mümkündürsə, nə üçün həmin müəllimlər Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək nəticə göstərmiş namizədlər arasından seçilmir?

10 Eylül 2020

"Kasıbın heroini" artıq məktəblilər arasında yayılmağa başlayıb

Cəlilabad rayonu pis gündədir 

Нет описания фото.
Rayonun hər yerində demək olar vəziyyət çox pisdir . Cəlilabad və Göytəpə şəhər cavanların çoxu bu zəhərdən istifadə edir. Artıq bu zəhərdən orta məktəb şagirdləri də istifadə edir."Kasıbın heroini" kimi məşhur olan, el arasında "şüşə pati" kimi tanınan sintetik narkotika- Metamfetamin surətlə yayılır. Heroindən daha çox asılılıq yaratdığı deyilir. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəiflədir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə ölüm baş verə bilir.
Yuxu, aclıq və qorxu hisslərini itirir. Bu səbəblə gecə vaxtı işləyən taksi sürücüləri arasında məşhurdur.
Dozası çox olarsa insanlara hücum etmə, öz ətini və ya digər insanın ətini çeynəyərək yemə hadisəsi ola bilər...

04 Eylül 2020

Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri.

Artıq hər kəsə bəllidir ki, bir çox rayonlarda təhsil gəlir mənbəyi olduğu üçün təhsil yox dərəcəsindədil. Lakin eşidirik ki, hər il rayonlardan çox yuxar balla şagirdlər qəbul olur. 

Sual oluna bilər ki, bəs onda bu şagirdlər kimdir ?

Həmin şagirdlərin bir qismi imkanlı şəxslərin övladlarıdır ki, valideynləri onları repititor yanına qoymaqla uğurlar əldə edirlər. 

03 Eylül 2020

Cəlilabad təhsilində daha bir biabırçılıq

 

Cəlilabad rayon  təhsilinin bərbad vəziyyətdə olması, RTŞ ni yalnız məktəblərdən gələn aylıq maraqlandırdığını, təhsilə nəzarət edilmədiyi haqqında dəfələrlə yazılsada aidiyyatı orqanlar işlərini izahat alaraq bitirirlər. Rayonların çoxunda olduğu kimi Cəlilabad təhsilndədə  yüksək nəticənin çoxu repititor və Bakı şəhər məktəblərindən gətirdərək adlarını yazdırdıqları şagirdlərin hesabına əldə edirlər. Direktorların bir digər qazanc isə şagirdlərin attestata qiymətlərini yüksək yazaraq qazanmalarıdır.

02 Eylül 2020

Cəlilabad rayon təhsil şöbəsində rüşvət "sezonu" açıq elan olundu.


Hər il olduğu kimi bu il də Cəlilabad RTŞ müdiri  Qərənfil Əhmədova  pul yığıma sezonunu açıq elan edib. Pandemiya ilə əlaqədar olaraq qiymətlərdə ciddi bir dəyişiklik yoxdur. Hər il olduğu kimi bu il də sağlamlıq imkanları məhdud  uşaqlara görə  200 azn, məktəbəqədər  hazırlıq qruplarının açılması üçün 200 azn, birinci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin adının sistemə salınması üçün 200 azn , 65 yaşdan yuxarı müəllimlərlə əmək müqaviləsi bağlamaq üçün 1500 azn , tarifikasiyanın təsdiqi üçün 100 azn, başqa yerdən transfer etdikləri şagirdlərə görə isə 500-1500 azn arası pul tələb olunduğu  bildirilib. Ölücan texniki işçilərin pulu isə ayrıdır. 


20 Ağustos 2020

Başlığını dəyişib Cəlilabad qoysan rəqəmlərdə dəyişiklik etmək lazım olar yəqin


Kürdəmirin icra başçısının aldığı rüşvətlərin məbləği açıqlandı – RƏSMİ

Baş Prokurorluq qanun pozuntularının törədilməsində şübhəli bilinən Kürdəmir rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tutulması haqqında məlumat yayıb.

31 Temmuz 2020

Cəlilabad Rayon Təhsil Şöbəsinin "Qurban Təbriki"

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova təhsil işçilərini "Qurban Bayramı" münasibəti ilə "təbrik" edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Emin Əmrullayevi Təhsil Nazirliyinə təyin etməsindən bir həftə keçməmiş Cəlilabad Rayon Təhsil Şöbəsində yeni "yığım" başlayıb.

07 Temmuz 2020

Cəlilabad İcra Hakimiyyətinin Başçısı nə etmək istəyir ?


Bu gün yəni iyulun 7-də mediada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün guya əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə reyd keçiriblər. Ancaq əslində necə olub. İcra başçısı digər hüquq mühafizə orqanları ilə birlikdə dükan-dükan, küçə -küçə düşərək insanları cərmələyiblər. Baxın hörmətli cəlilabadlılar belə adam bizim qayğımıza qala bilərmi? Bir dəfə olsun insanların nə yediklərini, nə içdikləri ilə maraqlamayan bu şəxs indi insanları cərmələyir. Kimsə mənə deməsin ki, yardəm paylayıb. Həmin yardımıarən özüü də bu sahibkarlardan alıb əhaliyə öz adları ilə payalayan şəxslərin fikirləri görəsən nədir ? İnsanları prezidentə qarşı qaldırmaq deyilmi ? Bunu sizlərin öhdəsinə buraxıram.

01 Temmuz 2020

Cəlilabad Rayon Təhsil Şöbəsində pul yığımı yenə başladı




Ölkə ərazisində karantin elan olunandan Cəlilabad Rayon Təhsil Şöbəsində pul yığımı dayandırılmışdı. Ara-sıra, xırda-para könüllü verənlər olsada hər kəs halından məmun idi. Necə deyərlər "verən məmun, alan məmun idi" deyə səs küydə yox idi.

27 Haziran 2020

"GİZLİ ƏL" kimdir ?



Dəyərli oxucular, əslində bu barədə sizə anons verdikdən bir qədər sonra sosial şəbəkədə "GİZLİ ƏL" kimliyi açkarlandığı üçün yazı yazılmasını lüzum bilmədik. Ramil Sadqov və Elşən ktayoğlu adlı gənc yazarlar bu barədə geniş məlumat vermişdilər. Ancaq nədənsə məlum şəxs haqqında yazılan yazılar digər yazılar kimi götrüldü. Bu "GİZLİ ƏL"  Kərəm Həsənovun dayısı Rahib Kərimov olduğunu deyəsən qalıcı olaraq biz paylaşmalı olacıyıq. Bir zamanlar Rahib Kərimovun rayona İB-sı gəlməsi xəbəri geniş yayılmışdır və hətta həmin günü gözləyib qurban  kəməyə hazırlaşanlarda var idi. Sonra nə baş verdisə Namiq Zeynalov təyin olundu. Doğrudur Namiq Zeynalov təyin olunandan sonra keçmiş korrupsioner komandanı dağıdıb yeni səriştəsiz korrupsionerlər toplamağa başladı. Hətta hal-hazırda durum o qədər pisdir ki, başçı kabinetindən kənara çıxmamaqla rayonun  problemlərini həll etmək iqtidarında olmadığını artıq hər kəsə bəlli etmişdir. Rayonun idarəçiliyini isə aparatda hər kəsin səlahiyyətlərini əlindən alan orta məktəbdə "pioner vajatıy" işləmiş qədər təcrübəsi olan Elnarə Həsənova tapşırıblar.

Cəlilabadda başçının adamı meydan sulayır... - GİLEY



Kanal32.az xəbər verir ki,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərov qanunsuz əməllərlə məşğuldur.Bir sözlə,at oynadır.Bunu biz yox, redaksiyamıza müraciət edən Xəlilabad kənd sakini Məmmədov Əlikram Etibar oğlu deyir. Onun sözlərinə görə,kəndlərinin su problemi olduğundan 2014-ci ildə evinin yaxınlığındakı ərazidə su quyusu qazıb.Həmin vaxt oraya gələn icra nümayəndəsi Mədət Nəzərov ona bildirib ki,istəyirsənsə elə bu ərazini satım sənə.Həmin vaxt mənim imkanım olmadığına görə torpağı almaq üçün pul verə bilmədim.Su quyusundan isə mənimlə bərabaər qonuşulqdakı 15 ailə də istifadə edib.
2018-ci ildə isə məlum olub ki,mənim min bir əziyyətlə qazdığım və 4 il qoruduğum

Cəlilabadda başçını camaat düşündürmür... - GİLEY


Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev hərəkət qabiliyyətini tamamilə itirib. İndi səhhətindən əlavə problemləri də var. Həm yaşadığı ev qəzalı vəziyyətdədir, həm də dolanışığı yaxşı deyil. DİA.AZ xəbər verir ki, Pərviz Ağayev miopatiyadan əziyyət çəkir. Yəni əzələ hüceyrələrində metobolik proseslərin pozulması baş verib. Həkimlər xəstəliyin anadangəlmə olduğunu bildirir. Amma 30 yaşlı gənc bununla razılaşmır. Pərviz Ağayev orta məktəbdə özünü yaxşı hiss etdiyini xatırlayır.

11 Haziran 2020

"Gizli Əl" aşkarlandı !

ANONS: 

Cəlilabad Rayon Təhsil Şöbəsi uğrunda savaşın sezonu açıq elan edildi!

Cəlilabad Rayonunda tanınmış fəal, jurnalist Ramil Sadıqov yazır : Əldə etdiyimiz məlumata görə yay fəsli girər-girməz Cəlilabad rayon təhsil şöbəsinin müdiri (oxu:şefi)uğrunda mübarizə qızışıb.Belə ki,növbəti tədris ilində Təhsil şöbəsinin müdiri olmağa daha can atan Cəlilabad şəhər Z.Əliyev adına 7 saylı məktəbin direktoru Səidə Şükürovadır.
Səidə xanim Təhsil şefi olmaqdan ötrü əlində olan bütün vasitələrdən və imkanlardan istifadə edərək Qərənfil xanim haqqında mətbuatda tənqidi materiallar sifariş edib yazdırır,yuxari ranqlarda-icra

08 Haziran 2020

Cəlilabad rayonunda məktəblər hansı pulla təmir edilir ?

Bu gün saytların birində Cəlilabad şəhər  7№-li tam orta məktəbdə karantinlə əlaqədr olaraq fürsətdən istifadə edərək təmir etdiklərini bildirdilər. Hələlik bir sual verim sonra məqaləni davam etdirəcəm. Təmiri hansı pulla etdirirsiniz ? Ünvanını siz deməsəniz biz deyəciyik.

05 Haziran 2020

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.
APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.
Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, 2 saylı orta məktəbin doqquzuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.
Nəticədə İ.Şəbiyev boğularaq ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

30 Mayıs 2020

Cəlilabad İH-nin şöbə müdiri Azərbaycan qanunlarını tanımır

Kərəm Həsənovun qohumu vətəndaşın torpaqlarını mənimsəyib özü üçün ev tikir
Cəlilabad rayon İcra hakimiyyətinin şöbə müdiri vəzifəsindən sui-istifadə edib
Cəlilabad sakinləri Babayeva Xatira İbrahim qızına və Babayev Alı İbrahim oğluna Cəlilabad Rayon İcra hakimiyyətinin 30 aprel 1996-cı il tarixli 40 saylı sərəncamı ilə təsdiq olunmuş inkişaf fondu üçün nəzərdə tutulmuş sahədən o zaman rayonda fəaliyyət göstərən “Bakı” sovxozu tərəfindən 23 iyun 1997-ci il tarixli 8 nömrəli əmrlə hər birinə ayrı-ayrılıqda 0.06 ha torpaq sahəsi ayrılıb.

27 Mayıs 2020

Direktorların topladığı pul RTŞ-yə getmirsə hara gedir ?




Aldığımız məlumata görə  karantin dövründən Cəlilabad RTŞ -də pul yığılmı dayandırılıb. RTŞ-də aylıq pul yığımı dayandırılsa da bəzi direktorlar bunu fürsət bilərək öz büdcələrini artırmaq üçün yaxşı fürsət əldə ediblər. Ancaq hamıya da bəlldir ki direktorlar "günün günorta" çağı hər kəsin gözünün önündə bayram vaxtı müəllimləri məktəbə çağırıb pul toplaya bilməz.

25 Mayıs 2020

Göytəpə Peşə Liseyində qətl hadisəsi baş verib

Cəlilabad rayonunda kişi meyiti tapılıb.
Mətbutın məlumatına görə, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.
Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.
Mərhumun qətlə yetrildiyi istisna edilmir.


21 Mayıs 2020

Prezidentin əmrlərinin əlehinə çıxan İcra Başçısının müavini kimdir ?



Hər kəsə bəllidir ki,  Azərbaycanda son zamanlar  sensasiya sayılan hadisələr baş verir. Belə ki, Cənab Prezidentin göstərişi  ilə DTX tərəfindən aparılan əməliyyat nəticəsində korrupsiyaya bulaşmış  Rayon İcra Başçıları, onların müavinləri və icra nümayəndələri həbs edilmişdilər. Bu hadisələrdən sonra bir çox yerlərdə olduğu kimi Cəlilabad rayonundada İcra başçısının göstərişi iə təhsil  və digər sahələrdən artıq pul toplanmadığı bildirilmişdi.
Prezidentin tapşırığına məhəl qoymayan  icra başçısının müavini  kimdir ?

    Lakin artıq bir həftədir ki, elektron poçtumuza daxil olan məlumata görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının humanitar  məsələlər üzrə müavini  icra nümayəndələrinə və  məktəb direktorlara zəng edərək  bundan sonra “aylıqları” ona verməyi  tapşırıb.

30 Nisan 2020

DTX-a təcili olaraq Cəlilabadda əməliyyat keçirməlidir


DTX-nın İsmayıllı və Biləsuvar rayonunda yüksək rütbəli məmurlara qarşı keçirdiyi uğurlu əməliyyatdan sonra  Cəlilabad sakinləri tərəfindən elektron poçtumuza məktublar daxil olub.

21 Nisan 2020

İki şikəst uşaq atası Sahil Babayevə şikayət etdi




Cəlilabad rayon Muğan kənd sakini Duniyev Arif İxtiyar oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə şikayət edib.

A.Duniyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Özünəməşğulluq İdarəsində saxtakarlıq edirək onu proqramdan uzaqlaşdırırlar:

"İki ilə yaxındır ki, DSMF-nin Cəlilabad Özünəməşğulluq İdarəsinə mənə aktivlərin verilməsi üçün müraciət etmişəm. Siyahıda qeyd olunsam da, çox maraqlıdır ki, məndən sonra siyahıda yer alan şəxslər aktivlərlə təmin olunub, amma mənə hər dəfə növbə gözləməyimi söyləyirlər. Mən isə yüz faiz əminəm ki, adıçəkilən idarədə saxtakarlıq edirlər. Necə olur məndən sonra növbəyə yazılan adamlar özünəməşğulluq proqramı çərçivəsində heyvanla təmin olunub, amma mən növbə gözləməliyəm. Həmin siyahıda yer alan şəxslər isə mənim öz kəndlilərimdir”.

01 Nisan 2020

Cəlilabad İcra hakimiyyəti hamını virusa yoluxduracaq

Hər kəsin bildiyi kimi Cəlilabad İcra hakimiyyətinin müavini Alıcı Dilavərov  koronovirusa yoluxub. Bu yoluxmuş məmur isə çox guman icra aparatında kimlərlə ünsiyyətdə olubsa hər kəsi yoluxdurub. Doğrudur onların çoxu müayinədən keçib virusa yoluxmadıqları bildirilsədə hamı bilir ki, bu xəstəlik bir müddət bilinmir necə ki, Alıcı Dilavərovun özündə də bilinməmişdir. İcra hakiminin başçısından tutumuş bütün işçilər karantinə alınmaq yerinə bunlar düşüblər küçələrin canına insanlara danışmağa. Guya danışıb nə cavab veriblər ki ? İcra başçısı deyib küçəyə çıxmaq olmaz, deyiblər ehtiyacımız var gedirik onu almağa. Deyib heç olmasa maskayla çıxın, deyiblər ki apteklərdə satılsın gedək alaq. Acından isə evdə nə qədər oturmaq olar buna cavab verən yoxdur.

30 Mart 2020

Cəlilabad təhsilində son durum !

Çoxsaylı izləyicilərimizin sevinc dolu məktubuna əsasən bu ay (mart) təhsil işçilərindən pul yığılmadığı bildirilib. Ancaq deyilənə görə hələdə məktəb texniki işçilərinin və dost cəmiyyətinin kartları qaytarılmayıb . Hələdə özlərində (növbəti sayımızda adlarını açıqlayacıyıq )adı olub özü olmayanların kartları var . Bu çətin məqamda koronovirusa görə yardım edirmiş kimi görüntü verən icra başçısı sizdən tələb edirik insanların kartlatın qaytarın. 65 yaşlı məmurlarınızı işə buraxmayın !

23 Mart 2020

Cəlilabadlı gənc fəal Anar Məlikov həbs olunub


Dünən səhər saatlarında  Cəlilabad rayonunda  Anar Məlikov adlı gənc fəal həbs olunduğu  bildirilir.  Polis Şöbəsinə çağrılan Anar Məlikov oradan rayon məhkəməsinə aparılıb. Onun saxlanmasının motivi sosial şəbəkələrdəki koronovirusla bağlı görülən tədbirlərin düzgün aparılmamasına haqlı irad və tənqidləri ilə bağlı olması deyilir...

22 Mart 2020

Namiq Zeynalov qıza telefon nömrəsini verib "mənə zəng edərsən" deyib.

İcra başçısı nömrəsini gənc qıza verib “mənə zəng edərsən” dedi – KARANTİNDƏN QEYDLƏR.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib.
N.Mübariz deyib ki, icra başçısı karantində olan onu və digər tələbələri dinləyib:
"Danışığımız boyu məni videoya çəkirdilər. Sonra yanlarındakı polis də çəkməyə başladı. Həm məni, həm danışan uşaqları. Bildirdim ki, mən onsuz özüm könüllü karantində qalacaqdım, amma gigiyena qaydalarına riayət edilən yerdə. İcra başçısına dedim ki, Prezident

16 Mart 2020

Cəlilabad Təhsil İşçilərindən yuxarılara "Novruz Sovqatı" yığıldı.(VİDEO)

Nə Prezidentin islahatları, nə də Koronovirus təhlükəsi Cəlilabad Təhsil İşçilərinin yuxarılara hər il göndərdiyi “Novruz Sovqatına” təsir göstərə bildi. Bu il də hər bir məktəb Kərəm Həsənovun tapşırığına əsasən PA-na “Novruz Sovqatı” göndərdi. Yığım “Okean” kafesində baş tutdu.
Kərəm Həsənovun Cəlilabad rayonundakı mülklərini idarə edən Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin rəisi Xudaverdiyev Qalib Firudin oğlunun qardaşı

06 Mart 2020

Adı olub özü olmayan şagirdlər var.

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində böyük saxtakarlığa yol verilib. Belə ki, məktəbdə 200 şagird təhsil aldığı halda cəmi 150 şagirdin məktəb jurnalında adı var. Müəllimlərin sayı 30 nəfər olduğu halda cəmi 19 müəllim məktəbə gedir.

“İcra başçısından kömək istəyirəm...”-Cəlilabadda kimsəsiz qadının evi başına uçur+FOTOLAR

“İcra başçısından kömək istəyirəm...”-Cəlilabadda kimsəsiz qadının evi başına uçur+FOTOLAR

24 Şubat 2020

Şok səs yazısı ! Cəlilabada DTX təcili gəlməlidir.

Şok səs yazısı çıxıb ortaya.Cəlilabad rayon təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanın sement pulu ilə bağlı  iclasının səs yazısı çıxıb ortaya. Səs yazısında ən maraqlı məqamlardan biri odur ki,pulu vermədiyinizə görə mən danlamıram.

21 Şubat 2020

Neftçaladan Cəlilabada az yol qalıb....

Neftçaladan Cəlilabada çox az yol qalsada icra başçısı Namiq Zeynalov bunlardan dərs çıxarmaq  istəmir. Əslində bunun səbəbi deyilənə görə Prezident Adminstrasiyasının məsul işçisi Dəyanət Abdullayevdir. Belə ki, Namiq Zeynalovun bütün korrupsiyasının qarşısında Dəyanət müəllim deyir ki, Namiq Zeynalov yaxşı işləyir və hamı ona kömək etməlidir. Elə bil ki, rayonda təhsildən , səhiyyədən toplanan pulları , dost cəmiyyətinin  650 kartı və ustəlik təhsilin, səhiyyənin xadimə kartları Namiqin seyfində deyil. Ay Namiq Zeynalov sən bunları hiss etməsəndə mən artıq DTX-nın sorğusunda RTŞ müdiri Qərənfil Əhmədovanın və Baş həkim İlham Əliyevin ayda sənə nə qədər verdiyini gördüm. İnanıram ki, çox yaxında növbə sənindir

10 Ocak 2020

14 saylı ƏMHM-nin əməkdaşı "qan edir"

Təhsil Nazirliyinin son zamanlar apardığı islahatlar və Tərtərdə Regional Maliyyə İdarələrinin işçilərinin işdən uzaqlaşdırılması Cəlilabad əməkdaşlarını heç də narahat etmədiyini göstərir. Beləki, sözü gedən ərazidə 14 saylı ƏMHM-nin müdiri Zaur Əzizov  Ələddin Əsədullayevlə işguzar əlaqəyə girərək Təhsil Nazirliyinin verdiyi təsərrüfat malları və digər avadanlıqların hamısını məktəblərə versədə onlardan bunun qarşılığında pul tələb edir.