03 Eylül 2020

Cəlilabad təhsilində daha bir biabırçılıq

 

Cəlilabad rayon  təhsilinin bərbad vəziyyətdə olması, RTŞ ni yalnız məktəblərdən gələn aylıq maraqlandırdığını, təhsilə nəzarət edilmədiyi haqqında dəfələrlə yazılsada aidiyyatı orqanlar işlərini izahat alaraq bitirirlər. Rayonların çoxunda olduğu kimi Cəlilabad təhsilndədə  yüksək nəticənin çoxu repititor və Bakı şəhər məktəblərindən gətirdərək adlarını yazdırdıqları şagirdlərin hesabına əldə edirlər. Direktorların bir digər qazanc isə şagirdlərin attestata qiymətlərini yüksək yazaraq qazanmalarıdır.

 Hətta bəzən elə şagirdlər attestatlarında yüksək qiymət yazırlar ki, həmin şagiridin qəbul imtahanında topladığı bal şagirdin özü demişkən intihara sürükləyir. Belə saxta qiymətin yazıldığı məktəblərdən biri də Akademik Zərifə Əliyeva adına Cəlilabad rayon  7 nömrəli məktəbdir. Sözügedən məktəbin şagirdi öz sosial hesabında Attestatının şəklini paylaşaraq 7 ədəd 5 və 7 ədəd 4 aldığını yazır sonra isə qəbul imtahanından topladığı balı göstərərək 32.5 bal topladığın yazır.

Hiç yorum yok:

Yorum Gönder