Hər il olduğu kimi bu il də Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova pul yığıma sezonunu açıq elan edib. Pandemiya
ilə əlaqədar olaraq qiymətlərdə ciddi bir dəyişiklik yoxdur. Hər il olduğu kimi
bu il də sağlamlıq imkanları məhdud uşaqlara görə 200 azn, məktəbəqədər hazırlıq qruplarının açılması üçün 200 azn,
birinci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin adının sistemə salınması
üçün 200 azn , 65 yaşdan yuxarı müəllimlərlə əmək müqaviləsi bağlamaq üçün 1500
azn , tarifikasiyanın təsdiqi üçün 100 azn, başqa yerdən transfer etdikləri
şagirdlərə görə isə 500-1500 azn arası pul tələb olunduğu bildirilib. Ölücan texniki işçilərin pulu isə
ayrıdır.
Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova pulların yığımını əsasən inspektorlar
vasitəsi ilə həyata keçirir. Hər bir inspektor onun kurasiyasında olan məktəb
direktoundan pulu alaraq Qərənfil Əhmədovaya verir. ƏMHM-nin pulu isə ayrıdır.
Sosial şəbəkələrdə açıq şəkildə pul yiğmaqla bağlı Qərənfil Əhmədovanın səs
yazıları paylaşılsada indiyə qədər ona
cinayət işinin açılmaması və ya işdən qovulmaması onu göstərir ki, onun Təhsil
Nazirliyində himayəçiləri var.Həmin himayəçilər Qərənfil Əhmədova vasitəsilə yerlərdən izahat və pul göndərərək işi
bağlayır. Yoxsa aşkar şəkildə iclasda sement pulunu, aylıq pulu gec gətirənləri
təhqir edən Qərənfil Əhmədova niyəişdə saxlanılsın? Kimsə demir elə Qərənfil
özü öz dili ilə deyir ki, bu qədər pul verməlisən, bu pul nə puldur ki, bunu
verə bilmirsiniz. Bir də Qərənfil bu işlərinə Allahə da alət edir və
direktorlara deyir ki, siz Allah tərəfindən seçilmisiniz bu işə. Yəni deməyindən belə çıxır ki, Allah
sizi bu işə seçib ki, siz yığıb gətirəsiniz. Əstağfullah ! Bu adam pul yığması
üçün Allahın adına böhtan atırsa görün daha nələr edər.
Dediyimiz kimi Qərənfil Əhmədovanın
korrupsiyasını Təhsil Nazirliyində müdafiə edənlər var . Biri Təhsil Nazirliyinin
İRŞ nin müdiri Eşqi Bağırov , digəri isə Təhsil Nazirliyində zona üzrə kurator
Əhliyyət Adıgözəlovdur.
Yeni təyin olunmuş Təhsil Naziri Emin
Əmrullayev həqiqətən təhsildə yenilik etmək və bu korrupsiyanın qarşısını almaq
istəyirsə bunları bilməlidir deyə düşünürük.
Hiç yorum yok:
Yorum Gönder