19 Eylül 2020

Cəlilabad təhsilində analoqu olmayan biabırçılıq

 

    Cəlilabad rayon təhsilinə Qərənfil Əhmədovanın rəhbər kimi təyinatından sonra təhsildə baş verən biabırçılıqların ardı arası kəsilmək bilmir. Əslində bunların olacağı heç kəsdə şübhə doğrultmurdu. Əvvəllər şəhər  8 saylı məktəbdə rüşvətxorluğu ilə ad çıxarmış Qərənfil Əhmədovadan başqa nəsə gözləmək sadəlövlük olardı. Rayon İB -sı Namiq Zeynalov rayon təhsilini məvh etmək üçün Qərənfildən yaxşı kadr tapa bilməzdi. Qərənfilin  cinayətlərini sübut edən kifayyət qədər səs yazısı internetdə olmasına baxmayaraq və tədbir görülmədiyinə görə hər gün bir az da azğınlaşır.

 Pandemiya dövründə Namiq Zeynalov idarə və müəssisə rəhbərlərini toplayaraq heç kəsdən pul almamalarını tapşırsada Qərənfil Əhmədova öz sürücüsü vasitəsilə Cəlilabadda "TUT BAĞINDA" aylıqları toplamışdı. Bu yığımdan xəbər tutulan kimi bir ay da İNSPEKTORLARI vasitəsi ilə pul toplayan Qərənfil Əhmədova bu dəfə daha rahat yer seçib. YAZAR TV -nin BAŞ REDAKTORU ELŞƏN OKTAYOĞLU-nun yazdığına görə Qərənfil Əhmədova bu dəfə pulları RAYON QƏBRİSTANLIĞINDA topladıb. Çirikin əməllərini hər kəsin gedəcəyi son mənzildə edəcək qədər şərəfini itirmiş bu şəxsin hərəkətləri artıq rayon əhalisinin hiddətinə səbəb olmuşdur. İnsanların mənəvi dəyərlərini, dini görüşlərini heç kim bu qədər təhqir etməmişdir. Dini inanclarımıza qarşı digər bir təhqir isə Namiq Zeynalov 600 dən yuxarı bal toplayan məzunların yığıncağında etmişdir. Belə ki, həmin məzunların içərisində hicablı olan qızımızı arxa cərgədə oturtmaqla yanaşı, təltif edilərkən şəkil çəkdirilməmişdir.





Hiç yorum yok:

Yorum Gönder