04 Eylül 2020

Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri.

Artıq hər kəsə bəllidir ki, bir çox rayonlarda təhsil gəlir mənbəyi olduğu üçün təhsil yox dərəcəsindədil. Lakin eşidirik ki, hər il rayonlardan çox yuxar balla şagirdlər qəbul olur. 

Sual oluna bilər ki, bəs onda bu şagirdlər kimdir ?

Həmin şagirdlərin bir qismi imkanlı şəxslərin övladlarıdır ki, valideynləri onları repititor yanına qoymaqla uğurlar əldə edirlər. 


 Digər qismi isə əsasən paytaxt məktəblərinin şagirdləridir ki, rahat şəkildə kursa və ya repititor yanına getsinlər deyə adlarını rayon və kənd məktəblərinə yazdırırlar. Ancaq elə başa düşməyin ki, həmin şagirdlərin adını təmənnasız olaraq məktəbə yazdırırlar. Və düşünməyin ki, bunun qiyməti çox aşağıdır. Çünki burada hər kəsin öz payı var. Başda RTŞ müdiri, İnspektor və məktəb direktoru. Qiymətlər buna görə də bahadır və 1000-1500 azn arası dəyişir.
Cəlilabad məktəblərində bu hal kütləvi hal alıb.Həmin məktəblərdən biri də Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbidir.Rəsmi şəkildə məktəbdə guya  200 şagird təhsil alır, ancaq yoxlansa həmin şagirdlərin yarısının məktəbdə olmadığı aşkarlanacaq. Məktəbdə 100 şagird olsa böyük şeydir, hələ məktəb jurnalında adları olmayanları demirəm. Məktəbdə təhsil verən müəllimlərin sayı da rəsmi olaraq real olduğundan çox azdır. Bu korrupsiyanın arxasında duran qüvvə isə  məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Dünyamalıyev Balafər Meşəxan oğlundan tuttmuş Cəlilabad rayon təhsil şöbəsində inspektor vəzifəsində çalışan Ağaxan Ağayev və RTŞ müdiri Qərənfil Əhmədovaya kimi uzanır. İş bununla da bitmir Qərənfil Əhmədova isə bununla bağlı şikayətləri önləmək üçün Təhsil Nazirliyində DNŞ-nin əməkdaşları və zona üzrə kurator Əhliyyət Adığözəlova qədər hər kəsin payını verir. Bu işdə günahkar bəzi məqamlar var ki, onlarla bağlı gələcəkdə yazacıyıq.


На изображении может находиться: 2 человека, костюм и текст

Hiç yorum yok:

Yorum Gönder