19 Aralık 2017

Azərbaycanı xəritədə göstərə bilməyənlər, direktor işləyir.

Cəlilabad rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirova bu yaxınlarda yenə özünəməxsus  şəkildə direktor vəzifəsinə təyinatlar etmişdir. Cəlilabad şəhər 5 nömrəli  ümumi orta məktəbinə Sultanov Cəfəri , Çinarlı kəndinə isə onun qardaşı Sultanov Kazımı təyin etmişdir. İdman akademyasını bitirən qardaşlardan xəritədə Azərbaycanın yerini soruşsan bilməzlər.Amma Elminaz Nadirovanın "kriteryalarına" uyğun gələn digər direktorlar kimi Sultanov qardaşları da Cəlilabad təhsilinin viranə qoyulmasında canla-başla xidmət göstərirlər. Elminaz Nadirova   Firidun Qurbanovun qohumları olan Sultanov qardaşlarını bu vəzifəyə qoymaqla həmdə özünə nazirlikdən dəstək aldığı deyilir. Bütün bunlara baxmayaraq şəhər 5 nömrəli məktəbin müəllimlərinin şikayəti ilə məktəbə gələn 14 saylı ƏMHM yoxlama zamanı xeyli sayda neqativ hallar aşkarlamışdı. Beləki burada ancaq ticari maraqları güdən , bazar məfkurəsinə sahib olan direktor, məktəbində jurnalların yazılması kimi adi işin görülmədiyi aşkarlanmışdı. Aylıq pulu 800 manat , 3-5 xadimə məvacib kartı və qəzet pulu verməklə işini bitmiş hesab edən direktorlar hardan bilsinlər ki, əslində məktəbdə dərs demək və dövlət sənədi olan jurnalı yazmaq lazımdır. İnanırıq ki, Firidun Qurbanov da qohumlarının hərəkətlərini eşidəndə çox məyus olacaq və buna görə ən çox Elminaz Nadirovanı cəzalandıracaq .