23 Mart 2020

Cəlilabadlı gənc fəal Anar Məlikov həbs olunub


Dünən səhər saatlarında  Cəlilabad rayonunda  Anar Məlikov adlı gənc fəal həbs olunduğu  bildirilir.  Polis Şöbəsinə çağrılan Anar Məlikov oradan rayon məhkəməsinə aparılıb. Onun saxlanmasının motivi sosial şəbəkələrdəki koronovirusla bağlı görülən tədbirlərin düzgün aparılmamasına haqlı irad və tənqidləri ilə bağlı olması deyilir...

Ən son məlumata görə Cəlilabad rayon Məhkəməsinin hakimi Qalib Paşayev Anar Məlikov barədə daxil olmuş İnzibati Xətalr Məcəlləsinin 211-ci maddəsi ilə işə baxır. Məhkəmə iclasını öz otağında keçirir, Anar Məlikovun yaxınları məhkəməyə buraxılmayıb. Anar Məlikovla bağlı paylaşımları öz sosial şəbəkəsində paylaşan Cəlilabadlıların çoxundan tələb olunub ki, həmin postlraı silsinlər.
İnzibati Xətalar Məcəlləsi Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Hiç yorum yok:

Yorum Gönder