31 Temmuz 2020

Cəlilabad Rayon Təhsil Şöbəsinin "Qurban Təbriki"

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova təhsil işçilərini "Qurban Bayramı" münasibəti ilə "təbrik" edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Emin Əmrullayevi Təhsil Nazirliyinə təyin etməsindən bir həftə keçməmiş Cəlilabad Rayon Təhsil Şöbəsində yeni "yığım" başlayıb.

Mənbəmizin verdiyi məlumata görə təhsil şöbəsinin QARA KASSASInda  aylıqları yığan şəxs də dəyişilib. Qocaman veteran Ərəstun Hüseynovu  daha gənc  inspektor Ağaxan Ağayev əvəzliyib.
Ağaxan Ağayev artıq ilk tapşırığını da verib. Qurban Bayramı münasibəti ilə böyük məktəblərin direktorlar  1 qoyun , kiçik məktəblərin direktorları isə  iki nəfərə  1 qoyun gətirməlidir. Qərənfil Əhmədovanın deməyinə görə bu qoyunlar Prezident Adminstrasiyasına göndəriləcək. Təhsil Nazirliyinə  yeni Nazir təyin olunanda müəllimlər inanırdılar ki, məktəblərdən bu yığım işi dayandılacaq. Ancaq görünən odur ki, Nazir yeni olsada işlər köhnə qayda ilə davam edəcək .

1 yorum:

  1. Görəsən kimin sifarişi ilə yazılıb? çalışacıq sifarişçilərin adını növbəti yorumlarda yazaq. R/S N/İ :)

    YanıtlaSil