Doğrudur arada İcra Hakimiyyətindən Humanitar sahəyə baxan müavin Elnarə xanım direktorların bəzilərini icra nümayəndələri vasitəsi ilə sıxıb nəsə ala bilsədə açıq-aydın bazarlıq yox idi.
Artıq bir həftə olar ki, yeni yığım sezonu açıq elan edilib. Cəlilabad RTŞ -nin müdiri ilə İH-nin müavini Elnarə Həsənova əlbir olaraq yeni vergi fikirləşiblər , məktəblərdən "TAXTA PULU"yığırlar. Bu ideya hansı TAXTA BAŞIN ideası olduğu bilinməsədə direktorların ODUN yerinə qoyulmasında heç bir şübhə yoxdur. Hər məktəbdən bu qondarma vergiyə görə 300-500 arası pul yığılır. Bundan əlavə hər məktəb rəhbərinə zəng edib tapşırıblar ki, QƏZETPULUnu poçtla ödəyib QƏBZİNİ Cəlilabad RTŞ -nə təqdim etsinlər.
Göründüyü kimi Pandemiya dövründə Prezidentin sərəncamı ilə əhaliyə 190 manat pul ödəndiyi bir halda Cəlilabad RTŞ-i ilə İH-i nin müəllimlərin əmək haqlarından pul tutaraq onları hakimiyyətdən narazı salmaqda məqsədlərini biz anlamadıq. Yorumunu sizə buraxırıq .
Hiç yorum yok:
Yorum Gönder