27 Mayıs 2020
Direktorların topladığı pul RTŞ-yə getmirsə hara gedir ?
Aldığımız məlumata görə karantin dövründən Cəlilabad RTŞ -də pul yığılmı dayandırılıb. RTŞ-də aylıq pul yığımı dayandırılsa da bəzi direktorlar bunu fürsət bilərək öz büdcələrini artırmaq üçün yaxşı fürsət əldə ediblər. Ancaq hamıya da bəlldir ki direktorlar "günün günorta" çağı hər kəsin gözünün önündə bayram vaxtı müəllimləri məktəbə çağırıb pul toplaya bilməz.
RTŞ arxalarında yoxdursa deməli ondan böyük qüvvə durub arxalarında. Məlumata görə Cəlilabad şəhər 7 nömrəli məktəbin direktoru Səidə Şükürova və Cəlilabad şəhər 1 nömrəli məktəbin direktoru Füzuli Quliyev çox sərbəst və arxayın şəkildə müəllimləri karantin dövründə, Ramazan bayramı günündə məktəbə çağırıb pulları toplayıblar. Arxalarında duran qüvvə isə Elnarə Həsənovadır. Şəhər 7 nömrəli məktəbin direktorunun digər bir qanunsuzluğu isə pandemiya dövründə məktəbin texniki işçisi Nuriyev Mahiri işdən çıxarmasıdır və əldə etdiyimiz məlumata görə Səidə Şükürova heç qanuni direktor da deyil sadəcə arxasında duran qüvvələrin dəstəyi ilə bu vəzifəyə gətrilib.Arxasında duran güc isə düşündüyünüz kimi icradan deyil. Bu barədə isə gələn dəfə ətraflı məlumat verəciyik.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder