Hamının başı cəbhədə gedən vəziyyətə qarışdığı bir vaxtda Cəlilabad rayon təhsili ətrafındakı söz söhbətlər daha da gərginləşməkdədir. Cəlilabad rayonunun fəal gənclərindən Eışən Oktayoğlu öz sosial hesabında yazdıqlarını sizlərə olduğu kimi təqdim edirəm:
Ölkə başçısı İlham Əliyev cənablarına
Baş Prokuror Kamran Əliyev cənablarına
Təhsil Naziri Emin Əmrullayev cənablarına
Ünvanladığım məktubu ictimailəşdirirəm
Nəzərinizə çatdırım ki, ölkəmizin bu ağır günlərində Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova təhsilimizi məhv etməkdə davam edir.
Belə ki, Cəlilabad RTŞ-nin müdirindən məlum şikayətimdən sonra mənə qarşı aqresivləşmiş əvvəlcə polisə sonra Prokurorluqa müraciət edərək məni bu qurumlar vasitəsi ilə qorxutmağa çalışmışdır.Bu müddət ərzində məni Prokurorluqdan çaqırsalarda rəsmi müraciət olunmamışdır.Bütün bu vasitələrdən istifadə edən təhsil müdiri bir şey əldə edə bilmədikdən sonra özünə yaxın olan direktorlara tapşıraraq mənə qarşı qarayaxma kampaniyasına başlamışdır.Bu barədə daha geniş məlumatı gələn dəfəyə saxlayaraq RTŞ müdirinin Direktorluqdan bu günkü günlərə qədər hansı yollarla necə gəldiyi barədə danışaq.
Qərənfil Əhmədova 2019 -cı ilin fevral ayında RİHB -nin 33 nömrəli sərəncamı ilə Cəlilabad rayonuna RTŞ müdiri təyin olunanda hamı kimi mən də bilirdim ki, Qərənfil Əhmədova təhsilimizi məhv edəcək.
Əvvəllər şəhər 8 nömrəli tam orta məktəbdə direktor işlədiyi zaman kifayət qədər qanuna zidd əməlləri ilə tanınan Qərənfil Əhmədova dan təhsil üçün nəsə gözləmək sadəlövhlük olardı.Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2015 -cı il may ayında 8 nömrəli məktəbdə apardığı yoxlama zamanı aşkar etdiyi kifayət qədər ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Təhsil Nazirinin 10 sentyabr 2015 - ci il tarixli 11/952 nömrəli əmrinə əsasən töhmət elan edilmişdir.Yoxlama zamanı aşkar edilən qanunsuzluqlar yuxarı siniflərdə şagird davamiyyətsizliyinin çox aşağı səviyyədə olmasından tutmuş,əmr kitabının düzgün tərtib edilməməsi, yazılmaması, və attestat blanklarının uçotu kitabında aparılmayan qeydlərə kimi öz əksini tapmışdır.
Təhsil Nazirliyinin bu yoxlamasından sonra isə Cəlilabad rayon təhsil şöbəsinin məktəblərində aparılan yoxlamalar zamanı Q.Əhmədovanın rəhbərlik etdiyi 8 nömrəli məktəbdə də kifayət
Qədər ciddi maliyyə pozuntusu aşkar edilmişdir. Az-Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 26 avqust 2015 ci il tarixli 113 nömrəli əmrinə əsasən aparılmış yoxlama zamanı 05 noyabr 2015 - cı il tarixli aktında göstərilir ki, 8 nömrəli məktəbdə bir neçə fiziki tərbiyə müəllimlərinin davamiyyəti olduğu halda şagirdlərin yarışlara aparılması rəsmiləşdirilməsi hesabına müəllimlərin plastik kartlarına pul yüklənmişdir . Həmin müəllimlərdən alınan izahatlarda göstərilir ki, həmin tarixdə onlar Respublikanın müxtəlif rayonlarında turnilərdə olmamışdırlar,həqiqətən işdə olmuşdurlar.Onlara yüklənən ezamiyyə xərcləri isə əsasız olub.Belə çıxır ki, həmin müəllimlərin plastik kartları da özlərində olmamış Q.Əhmədovada olmuşdur.
Həmin akta görə qanunsuzluqlardan biri də 8 nömrəli məktəbdə Qərənfil Əhmədovanın artıq sinif saxlaması olmuşdur.
Digər bir fakt isə aparılmış yoxlamalar nəticəsində aydın olmuşdur ki, bir çox müəllimələrə verilən əsas dərslərə fakultətiv və dərnək məşğələləri üst- üstə düşümüş və həmin dərsləri çox güman Q.Əhmədova özü üçün yazmışmış.
Akta göstərilən maliyyə pozuntularından biridə şagirdlərin sayı 20 nəfərdən az olduğu halda yarınqruplara bölünmələri halı olmuşdur.
2014 /2015 -ci dərs ilində ümumitəhsil məktəblərində dərnək və qrupların fəaliyyəti yerində yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, Uşaq Gənclər Şahmat məktəbinin 8 nömrəli məktəbdə 3 qrupu olmuş, lakin dərs ili ərzində bu qruplar olmadığı halda məşqçi müəllimlərə və məşğələ rəhbərlərinə əsassız əmək haqqı ödənilmişdir.Q Əhmədova özü də öz izahatında bunları ətraf etmişdir.
Başqa bir qanunsuzluq isə Təhsil Nazirinin göndərişi olmadan öz şəxsi məqsədi üçün qeyri qanuni olaraq məktəbə işə müəllim qəbul etmişdir .
Yoxlamanın nəticəsində ödənilmiş əsassız və artıq ödənişlər günahkar şəxslər tərəfindən büdcəyə qaytarılması qeyd olunmuşdur.Həmin pulların həqiqətən günahkar şəxslər tərəfindən büdcəyə qaytarılması bir tərəfə,əsas budur ki, şagirdlər həmin dərsləri keçməmişlər və məhz bu maliyyə pozuntusuna görə 8 nömrəli məktəbin direktoru Qərənfil Əhmədova cəza almamışdır.
Məhz bundan sonra cəsarətlənən Qərənfil Əhmədova bu cür qanunsuz fəaliyyətini daha da artırmışdır.Halbu ki, 2015 ci ilin sentyabr ayında töhmət almış Q.Əhmədovaya noyabr ayında Maliyyə yoxlaması nəticəsində də töhmət verilsəydi Əmək Məcəlləsinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli idi.Əksinə 2019 ci ildə
Qərənfil Əhmədova RTŞ- yə müdir təyin edilmişdir. Bu qədər çirkab içində olan Qərənfil Əhmədova özünə çəki- düzən vermək əvəzinə RTŞ- dəki qanunsuz fəaliyyətini mətbuatda işıqlandırdıqım üçün məni həbslə hədələyir. İnanıram ki, Cəlilabad RTŞ müdiri Q.Əhmədova haqqında yazdığlarımı araşdırıb tədbir görülməsinə göstəriş verəcəksiniz
Elşən Oktayoğlu.
Hiç yorum yok:
Yorum Gönder