Cəlilabad şəhər 7 saylı məktəbdən edilən şikayətlərdən sonra Ehtiram Muxtarov 14 saylı ƏMHM in işçilərini bu məktəbə göndərib. Yoxlama zamanı bütün məktəblrdə olduğu kimi bu məktəbdə də xadimə və labarant ştatında olanlardan "ölü canlar" aşkar olunub. Əvvəl bərk təşvişə düşən məktəb rəhbərliyi bu dəfə də Elminaz Nadirovaya müraciət edib. Elminaz isə əlindən bir iş gəlmədiyini görüb yenidən rayon rəhbəri Əziz Əzizova müraciət edib. Əzizovun müdaxiləsindən sonra Ehtiram Muxtarovun əməkdaşları yenidğn akt tərtib edərək guya hər şeyin yerində olduğunu rəsmləşdiriblər. Çox guman Ehtiram yenədə öz payını alaraq geri çəkilib. Respublika prezidenti və Mikayıl Cabbarovun apardığı islahatlar doğru olsada yerlərdə bunu həyata keçirəcək dürüst potensial kadrlar yoxdur . Ehtiram kimi vicdanını satmışlarla islahat aparmağın mümkün olmadığını Təhsil Nazirliyi anlamalı və yollarını ayırmalıdır.
Hiç yorum yok:
Yorum Gönder