Əziziyəm Elminaz,
Hiylən çoxdur, elmin az
Eqaistsən bilirik,
Buna görə helmin az,
Əziziyəm hay gedib
Niyə haqqı say gedib ?
Elminaz tənha qalıb
Deyirlər "Day-day "gedib
Əzizim Elminazın
"kim kökləyəcək sazın?"
"Day-day" gedəndən sonra
"De kim çəkəcək nazın ?"
Zopunlular səs salır
Elminaz rüşvət alır
Müəllimlər nə etsin ?
Mayıs yerində qalır.
Əziziyəm əlhəzər
Deyək, dəyməsin nəzər
Rüşvətin hesabıyla
Elminaz evin bəzər
Baloğlan Mirzəli
Şair jurnalist
30 Mart 2018
Elminaza son xəbərdarlıq edildi, amma.....
Ötən saylarımızda seçkiöncəsi təhsil şöbəsində baş verən təxribat barəsində məlumat verdikdən sonra nələr baş verdi ?
Cəlilabad rayon İcra Hakimiyyətinə çağrılan Elminaz Nadirova sərt xəbərdarlıq edilərək məktəblərdən yığdırdığı pulu qaytarmasını tələbi qoyulub. Buna baxmayaraq Elminaz Nadirova hamının pulun qaytarsada, özünün etibar etdiyi şəxslərə heç nə qaytarmayıb.
Bundan başqa bu qarışılıqdan istifadə edən Elminazın komandası da pul yıöımını dayandırmayıb. Komandanaın inanılmış simalarından olan Sarxan Həsənov, Ərəstun Hüseynov, İlkin Zeynalov, Ağaxan Ağayev və Ramiz Quliyev direktorlara zəng edərək pul gətirmələrini tələb edir. Baxmayaraq ki, Sarxan Həsənov, Ərəstun Hüseynovun təqaüd yaşı, Ramiz Quliyevin metodist olması buna baxmayaraq ondan inspektor kimi istifadə açıq qanunsuzluq olsada, bu dəfə çox ciddi fakt var . Bu fakt səs yazısıdır və artıq korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Yəqin ki, çox qısa müddətdə bu şəxslər əli qolu bağlı aparılacaq və Elminazın illərdir yığdığı pullar onun burnundan gətiriləcək.
25 Mart 2018
Təxribat ya həqiqət ?
Prezidentə qarşı təxribatın arxasında kim durur ?
Cəlilabad RTŞ –i bu gün
saat 10:00 da təcli iclas keçirib. İclasda iki aydır “yığılmayan” aylığın
verilməsi tələbi qoyulub. Elminaz Nadirova bu tələbi ona şəxsən başçı Namiq Zeynalovun tərəfindən Sabir Hüseynovun verildiyini və bu aylıqları Prezident Administrasiyasına
göndərəcəkləri deyilib. Aylq tələbində Prezident və başçı adı olduğundan heç kimin də cəsarəti çatmır ki, bunu
aydınlaşdırsın və artıq kor peşman bütün direktorlar düşüb pul axtarır. Hər
halda bunun seçkiqabağı təxribat
olduğuda istisna edilmir.
15 Mart 2018
Elminaz Nadirovanın məxvi tapşırığının üstü açıldı
Bu gün saat17:00 da inspektorları toplayan Elminaz Nadirova məxvi tapşırıq verib. Tapşırığa görə icranın tapşırığına baxmayaraq "aylıq"lar yığılmalı, ancaq elə etmlidirlər ki, bundan heç kimin xəbəri olmasın. Direktorlara məlumat verilən kimi isə bu işin məxviliyi itdi. Yeni icranın və xüsusilə prezident seçkiləri öncəsi əhalinin narazı salınmaması tapşırığı verilsədə Elminazın bunlara məhəl qoymaması və narazılıq yaratması bir növ hakimiyyətin siyasətinin əleyhinə çıxmaqdır. Yerli İcra hakimi bu xanım Təhsil Şöbəsinin müdirini çıxara bilmirsə yəqin ki bu hərəkətinə görə Prezident Administrasiyası xəbər tutandan sonra nəsə edər.
11 Mart 2018
08 Mart 2018
Elminaz Nadirovanın gunahkar olduğunu sübut edən sənəd
Cəlilabad təhsilində baş verən bütün qanunsuzluqlara görə Elminaz Nadirova cavabdehdir. Məktəbin idarəçiliyi və əmr verəni rəsmiyyətdə məktəb direktoru olsa belə o buna görə rəsmən Elminaz Nadirovadan icazə alır. Bir oxucumuz bizə məktub yazaraq direktor Qərənfil Əhmədovanı günahlandırmağımızı düzgün hesab etmir və sübut olaraq onun hər hansı əmri verməsində Elminaz Nadirovadan rəsmən icazə aldığını deyir. Bizə analoqu olmayan bu cür vəziyyəti sübut edəcək sənədi belə təqdim edir. Doğrudan əgər bu sənəd doğrudursa onda nəyə görə hər hansı problemə görə Elminaz yox direktor gunahlandırılır ? Bu suala isə yəqin Elminaz özü cavab verməlidir ?
Aylıqla bağlı yeni iddia
Bildiyimiz kimi Cəlilabadımıza yeni təyin olunan Namiq Zeynalov gələn kimi ölkədə korrupsiyaya görə ad -san qazanmış Cəlilabad təhsil şefi Elminazai qət göstəriş verərək rüşvətə son qoymasını tələb etmişdir. Doğrudur o da özünün etibar etdiyi adamlardan başqa heç kimdən bu ay pul tələb etməmişdir. Amma..... amma məktəblərdən topladığı xadimə kartları özündədir və həmin kartlardan gələn gəlirləri heç kimlə paylaşmır. Təhsil işçiləri yeni təyin olunmuş RİH-nin də Elminaza təsir edə biləcəyini düşünmürlər. Əgər doğrudan nəsə etmək istəsəydilər Elminazın hər yerdə villalarını Bakı şəhərindəki evini və qızına aldığı bahalı avtomobili və son vaxt Cəlilabadın mərkəzi küçəsindəki o başdan bu başa olan Sarayını necə və hansı pulla tikdirdiyini araşdırardılar.
01 Mart 2018
Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova Prezident İlham Əliyevin təyin etdiyi yeni icra başçısı Namiq Zeynalovu rəhbər kimi qəbul etmir ?
Deyilənə görə rayona yeni təyin oluan başçı ilk iclasında
Elminaz Nadirovaya sərt xəbərdarlıq edərək rüşvətxor əməllərinə son qoymağa və
bundan sonra pul yığımını dayandırmağı əmr edib. Elminaz Nadirova belə bir
halın olduğunu boyun almasada ancaq bundan
sonra korrupsiya hallarının qarşısını tam alacağı sözünü verib. Onun bu sözü sən demə ayın sonuna qədər imiş
. Fevral ayının maaşı yüklənən kimi Elminaz Nadirova pul yığımına start
verib.Yığım bu gün müəllimləri cağırdıqları iməclikdə baş tutub. Yığımın
icraçıları isə, hər zaman olduğu kimi Ə. Hüseynov, S. Həsənov, R. Quliyev, R. Quliyeva , A. Ağayev
və İ. Zeynalov olub. İndi təhsil
işçilərini maraqlandıran bir sual var . Təhsilimizi məhv edən Elminaz Nadirova
kimə güvənərək Prezidentin təyin etdiyi şəxsi dinləmir ?
Kaydol:
Kayıtlar (Atom)