09 Temmuz 2018

Başçı hansı xanım direktorla şəxsən telefon əlaqəsi saxlayır ?



Qərənfil və oğlanları
Əvvəlcə onu qeyd edim ki, "Tovuzquşu" haqqında yazı gedən kimi bir nəfəri araya salaraq yazdırır ki, guya  tək qadındır və heç kimi yoxdur. Bu şəxsdə buna inanaraq düşür ortaya. İndi həm ona həm də digərlərinə aydınlıq gətirmək üçün bəzi nüanslara aydınlıq gətirim. Bir tək qadın 2 övladı Bakı şəhərində eyni vaxtda oxutmaqla yanaşı, həyat yoldaşını rusiya həbsxanasından gətirərək Bakıda həbsxanada hansı pulla və ya nə qədər pulla saxlaya bilər? Hər toyda bir bahalı paltarla getmək necə ? Sonda hansı direktora və ya hansı xanım direktorla şəxsən telefon əlaqəsi saxlayıb danışırlar və ya hansı direktor yeni təyin olunmuş icra başçısı ilə bir başa telefon əlaqəsinə girir ?
İndi ay yazıqlar.... yazıq sizsiniz o deyil !

"Tovuzquşu" 7 nömrəli məktəbə direktor təyin edilir.



Keçmiş icra başçısı Əziz Əzizovun sürücüsü(bacısı oğlu) Muradla adı hallanan  8 nömrəli məktəbin direktoru Əhmədova Qərənfil Qorxmaz qızı toxunulmaz statusuna malik olmaqla yanaşı ən çox xərac verən olub. Elə indidə RTŞ -də müdir əvəzi olan Hafiz Cavadova  2000 azn  pul verərək yenə də rekorda imza atıb. İndiki başçının sürücüsü ilə əlaqəsinin olub-olmamasını deyə bilmərik ancaq onu bilirik ki, necə "xod" tapıbsa "Tovuzquşu" kliçkalı bu xanımı 7 nömrəli məktəbə direktor vermək istəyirlər. Müəllimliyə yaraşmayan, kriminal krişalı direktorun Zərifə Əliyeva kimi möhtərəm bir  xanımın adını daşıyan məktəbə  direktor verilməsindən böyük təhqir ola bilməz. Bunu bizə elə 7 nömrəli məktəbin müəllimlərindən biri dedi. Əgər onu bu məktəbə verərlərsə icra başçısı üçün heçdə yaxşı nəticələnməyəcəyini də qeyd edirlər.  

 

05 Temmuz 2018

Suyun lal axanı, İcranın sakit baxanı...

 



 Hafiz Cavadov bu gün  məktəb rəhbərlərini çağıraraq pul verməsələr məktəblərinə yoxlama  göndəriləcəyini bildirib. Artıq Elminaz və Əzizin atasına rəhmət oxuyurlar. Bir çox direktor vəzifəsindən imtinaya hazırlaşır.