27 Aralık 2018

Cəlilabad təhsili talan edilir.


Cəlilabad rayon icra hakimiyyəti ac qurd kimi orta məktəblər üzərinə düşərək onlardan xərac toplayır. Buna başçılıq edən başçının qohumu olan dişi qurd Elnarə Həsənovadır. Hər orta məktəbdən min-min beş yüz manat alan icra hakimiyyətinə RTŞ də göz yumur . Bu vəziyyətdə olan orta məktəblərdə təhsildən danışmaq olarmı ? Hələ bir neçə gün bundan öncə Fuad Xudaverdiyev (bu şəxs regional əmlak komitəsinin sədri Qalib Xudaverdiyevin qardaşıdır) adlı restoran işlətməcisi Hind quşu və quzu vergisini yığıb qurtarmamış ardınca bunların baş verməsi Cəlilabad təhsilinə düşmən kəsilmiş icra başçısının göndərilməsindən xəbər verir. Nə edək dərdimizi kimə deyək ?

23 Aralık 2018

Cəlilabad icra başçısı bilet satır ?



Cəlilabad icra hakimiyyəti bilet satır. Biletin qiyməti 2 azn. Məktəblərin hamısının iştirak etməsi vacibdir və hətta bunu məcbur aldırıblar. Pəhləvan pulu isə hər məktəbdən 100 manat alınıb. Əzizə biznesmen deyirdilər. Namiq əsl peşəkardır.Keyf edin !

21 Aralık 2018

Cəlilabadda təhsil ktiminal qüvvəllər tərəfindən idarə ediləcək

Sosial şəbəkələrdə yayılan məlumatlara görə Cəlilabad RTŞ nin müdiri Hafiz Cavadov məktəblərə aylıqdan başqa yeni bir vergidə təyin edib. Deyilənə görə bu vergi şəhərə gələcək  pəhləvan göstərişi ilə əlaqədar "pəhləvan" vergisidir. Qəzəetpulunu icra hakimiyyətinin özü birbaşa yığdığını hamı bilsədə digər vergilərin adətən Hafiz vasitəsilə yığılır deyə hamı RTŞ -ni günahlandırır. Ancaq çox adam bilmir və ya özünü avam yerinı qoyaraq elə düşünür ki Hafiz bu qədər pulu özü yeyir. Daha bilmirlər ki, pulun hamısı İcra hakimi Namiq Zeynalova gedir. Namiq Zeynalov üçün fərq etmir təhsil var ya yoxdur. Onun üçün hətta Hafiz belə maraqlı deyil. Aldığımız məlumata görə son zamanlar Təhsil Nazirliyindən ciddi təpkilər alaraq daha pul yığmayacağını deyən Hafizin yerinə yeni namizəd belə var. Namiq Zeynalov onun yerinə kriminal qüvvələrin arxasında durduğu Qərənfili gətirərək təhsili kriminal qüvvələr vasitəsilə idarə etmək istəyir. Məlumat verən şəxs bu planın çoxdan hazırlandığını və hətta son zamanlar Hafizdən narazılıq edənlərin Qərənfil tərəfindən təşkil edildiyini bildirir. Görünən odur ki, Cəlilabadlılar arasında hər gün artan narazılıq daha da artacaq.

04 Aralık 2018

İcra başçısının"qəzet pulu" adı altında korrupsiyası



Hər 6 aydan bir təhsil işçilərindən yığılan "qəzet pulu" vergisi ənənəsi Namiq Zeynalov tərəfindən amansızcasına davam etdirilməkdədir. Təhsilə açıq şəkildə nifrət edən Namiq Zeynalov Cəlilabad təhsilinə zərbə vurmaq üçün əlindən gələni etməkdə davam edir. Müəllimin halal zəhmətinə müxtəlif yollarla əlindən almağa çalışan icra indi bu məbləği artırırmaqla yanaşı artıq həyasızcasına heçnədən çəkinmədən özü yığır. İcraya çağıraraq öz adlarına açdıqları hesab nömrəsini direktorlara təqdim edərək guya puldan onlara heçnə çatmadığını göstərirlər. Nəzərinizə çatdırım ki, belə qəzet pulu Bakıda yığılmır. Nədənsə rayonlarda yığılan bu  pulları isə əvvəl Loğman Hüseynov indi həmin şöbənin baş məsləhətçisi Nəsib İsgəndərov həyata keçirir. Bloqumuzu diqqətlə izləyən icra strukturu və nazirlik yəqin çirkin kompanoyanı saxlayar.