23 Ağustos 2019

Ölkənin yiyəsi olsaydı bu məktəbin direktorunu Rayon Təhsil Şöbəsinə müdir verməzdilər.





Cəlilabadın mərd oğlu, uzun zaman siyasi məhbus kimi haqsız olaraq məhkum olunmuş Əfqan Sadıqov Cəlilabad təhsilindən yazdı. O, deyir: Mən dünən 8 nömrəli məktəbin arxasındakı futbol meydançasını, ayaqyolunu, arxa tərəfdən çəkilişini etdim. Həyətdə şagirdlərin su içdiyi, yuyunduğu yeri göstərmişəm. Montaj edilsin Azel.tv-də gedəcək. Çox biabırçı. Heç Mozambikdə də beləsi yoxdur.
Məktəbin həyəti başdan ayağa zibillik, üfunət, mikrob içindədir.
Bəlkə də bu məktəbin təmiri üçün hər il 10, 100 minlərlə manat pul silinir.
Təhsil nazirliyi, Cəlilabadın İcra başçısı, Cəlilabad rayon təhsil şöbəsi, məktəbin direktoru hara baxır ???


Yurd Yurd adlı profilin sahibi həmin məktəbin müəlliminə deyir ki,  Ramil müəllim məktəbinizin vəziyyəti acnacaqlı vəziyyətdədir buna yiyə çıxın.

Ramil Sadıqlı isə kökündən vuraraq: bu boyda ölkənin yiyəsi yoxdur.onda qalmişdi 8 saylı məktəbin. deyir .

Əslində Ramil bəyin dediyində bir həqiqət var. Ölkənin yiyəsi olsaydı bu məktəbin direktorunu Rayon Təhsil Şöbəsinə müdir verməzdilər.

13 Ağustos 2019

Qəbul olunmamış "qurbanlar"

Digər rayonlarda olduğu kimi Cəlilabad rayonunda da Müqəddəs Qurban Bayramı "coşqu" ilə keçrildi. Bu dəfəki coşqu bir az təcili və naşı olduğundaan daha yadda qalan olacaq. Əmlak Komitəsinin sədri çox hörmətli Kərəm Həsənov,dəyərli deputatımız Malik Həsənov və İcra başçısı Namiq Zeynalovun adından əhalinin ehtiyacı olan təbəqəsinə paylanılan qurban payı paylanıldı. Ancaq bu paylar  əlahəzrətlərin adından verilsədə sən demə bu payları direktorların hərəsindən aldıqları 50-100 manat pullar hesabına verilmişimiş. Deməli bu paylarla insanları aldada bilsələrdə, Allahı aldada bilmədilər. 

03 Ağustos 2019

Cəlilabadda təhsil işçiləri Qurban Bayramına hazırlaşır

Cəlilabad rayonunda təhsil işçiləri üçün QURBAN BAYRAMI başladı. Belə ki, Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova direktorları çağıraraq onlara hərəsinə bir qoyun gətirməyi və ya pulunu çatdırmağı əmr verib. Maraqlıdır dünən təhsil nazirinin müavini Firudin Qurbanovla görüşdə olan təhsil şöbəsini bu gün bu addıma cəsarətləndirən nədir və ya kimdir ? Bəlkə elə təhsil nazirliyidir ......