27 Haziran 2020

"GİZLİ ƏL" kimdir ?



Dəyərli oxucular, əslində bu barədə sizə anons verdikdən bir qədər sonra sosial şəbəkədə "GİZLİ ƏL" kimliyi açkarlandığı üçün yazı yazılmasını lüzum bilmədik. Ramil Sadqov və Elşən ktayoğlu adlı gənc yazarlar bu barədə geniş məlumat vermişdilər. Ancaq nədənsə məlum şəxs haqqında yazılan yazılar digər yazılar kimi götrüldü. Bu "GİZLİ ƏL"  Kərəm Həsənovun dayısı Rahib Kərimov olduğunu deyəsən qalıcı olaraq biz paylaşmalı olacıyıq. Bir zamanlar Rahib Kərimovun rayona İB-sı gəlməsi xəbəri geniş yayılmışdır və hətta həmin günü gözləyib qurban  kəməyə hazırlaşanlarda var idi. Sonra nə baş verdisə Namiq Zeynalov təyin olundu. Doğrudur Namiq Zeynalov təyin olunandan sonra keçmiş korrupsioner komandanı dağıdıb yeni səriştəsiz korrupsionerlər toplamağa başladı. Hətta hal-hazırda durum o qədər pisdir ki, başçı kabinetindən kənara çıxmamaqla rayonun  problemlərini həll etmək iqtidarında olmadığını artıq hər kəsə bəlli etmişdir. Rayonun idarəçiliyini isə aparatda hər kəsin səlahiyyətlərini əlindən alan orta məktəbdə "pioner vajatıy" işləmiş qədər təcrübəsi olan Elnarə Həsənova tapşırıblar.

Cəlilabadda başçının adamı meydan sulayır... - GİLEY



Kanal32.az xəbər verir ki,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərov qanunsuz əməllərlə məşğuldur.Bir sözlə,at oynadır.Bunu biz yox, redaksiyamıza müraciət edən Xəlilabad kənd sakini Məmmədov Əlikram Etibar oğlu deyir. Onun sözlərinə görə,kəndlərinin su problemi olduğundan 2014-ci ildə evinin yaxınlığındakı ərazidə su quyusu qazıb.Həmin vaxt oraya gələn icra nümayəndəsi Mədət Nəzərov ona bildirib ki,istəyirsənsə elə bu ərazini satım sənə.Həmin vaxt mənim imkanım olmadığına görə torpağı almaq üçün pul verə bilmədim.Su quyusundan isə mənimlə bərabaər qonuşulqdakı 15 ailə də istifadə edib.
2018-ci ildə isə məlum olub ki,mənim min bir əziyyətlə qazdığım və 4 il qoruduğum

Cəlilabadda başçını camaat düşündürmür... - GİLEY


Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev hərəkət qabiliyyətini tamamilə itirib. İndi səhhətindən əlavə problemləri də var. Həm yaşadığı ev qəzalı vəziyyətdədir, həm də dolanışığı yaxşı deyil. DİA.AZ xəbər verir ki, Pərviz Ağayev miopatiyadan əziyyət çəkir. Yəni əzələ hüceyrələrində metobolik proseslərin pozulması baş verib. Həkimlər xəstəliyin anadangəlmə olduğunu bildirir. Amma 30 yaşlı gənc bununla razılaşmır. Pərviz Ağayev orta məktəbdə özünü yaxşı hiss etdiyini xatırlayır.

11 Haziran 2020

"Gizli Əl" aşkarlandı !

ANONS: 

Cəlilabad Rayon Təhsil Şöbəsi uğrunda savaşın sezonu açıq elan edildi!

Cəlilabad Rayonunda tanınmış fəal, jurnalist Ramil Sadıqov yazır : Əldə etdiyimiz məlumata görə yay fəsli girər-girməz Cəlilabad rayon təhsil şöbəsinin müdiri (oxu:şefi)uğrunda mübarizə qızışıb.Belə ki,növbəti tədris ilində Təhsil şöbəsinin müdiri olmağa daha can atan Cəlilabad şəhər Z.Əliyev adına 7 saylı məktəbin direktoru Səidə Şükürovadır.
Səidə xanim Təhsil şefi olmaqdan ötrü əlində olan bütün vasitələrdən və imkanlardan istifadə edərək Qərənfil xanim haqqında mətbuatda tənqidi materiallar sifariş edib yazdırır,yuxari ranqlarda-icra

08 Haziran 2020

Cəlilabad rayonunda məktəblər hansı pulla təmir edilir ?

Bu gün saytların birində Cəlilabad şəhər  7№-li tam orta məktəbdə karantinlə əlaqədr olaraq fürsətdən istifadə edərək təmir etdiklərini bildirdilər. Hələlik bir sual verim sonra məqaləni davam etdirəcəm. Təmiri hansı pulla etdirirsiniz ? Ünvanını siz deməsəniz biz deyəciyik.

05 Haziran 2020

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.
APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.
Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, 2 saylı orta məktəbin doqquzuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.
Nəticədə İ.Şəbiyev boğularaq ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.