31 Temmuz 2017

CƏLİLABAD MÜƏLLİMLƏRİ ÜSYANA QALXDI !

Cəlilabad rayonunda müəllimlər üsyana qalxır
Hələ yeni tədris ili başlamayıb və dərs bölgüsü üstündə müəllimlərin narazılıqları başlayıb. Narazılığa əsas səbəbi isə müəllimlərin dərs yüklərinin qeyri-qanuni olaraq vakanta verilməsidir. Narazı müəllimlər bu gün direktor və Cəlilabad  RTŞ nin müdiri ilə görüşüb və nəyə görə onlatın dərslərinin vakanta verildiyini soruşublar. Direktor və RTŞ müdirinin deməyinə görə onların bu işdən xəbəri yoxdur və bunu edən Nazirlik olub. Təhsil Nazirıiyi ilə əlaqə yaratmağa çalışsaq da nəticə əldə edə bilmədik. Diaqnostik Qiymətlə­ndirmədən sonra düşü­nürdük ki, 65 yaşına çatmış müəllimlər də təqaüdə çıxandan sonra dərs saatlarımız artar və  normal əmək haqqı alarıq. Hər şeyin bahalaşdığı bir dövrdə aldığımız əmək haqqı ilə onsuz dolanmaq olmur. Tə­hsili bazara döndəri­blər. Kim istəyir pu­lunu verib direktor olur, nə istəyirlər edirlər.Sosial durumu  ağır olan müəllimlərin dərs saa­tlarının yetərli olm­adığı halda dərsləri vakanta verilməsi həm dövlətə həm də bi­zə qarşı təxribatdır. Təhsil Nazirliyi hansı qanunlarla işlə­diyi bilinmir. Əgər bir müəllimin dərsi 36 saatı ötməyibsə necə vakant verilə bi­lər. Bu nə qanunsuzl­uqdur.Hal-hazırda müəllimlər Cəlilabad RTŞ  qarşısında etiraz aksiyası keçirirlər. Əgər bu qanunsuzluqlara son qoyulmasa Prezident Aparatının qarşısına gedərək orada aksiya keçirəcəklər.

20 Temmuz 2017

Müəllimlərin etirazı qarşısında Təhsil Nazirliyi geriyə addım atdı

Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılır
"Report"a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib. Bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq.

Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır: "Bu yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".
O vurğulayıb ki, sosial şəbəkələrdə dərs yükünün azaldılması ilə bağlı toplanan ballara uyğun dərs saatlarının ayrılması ilə bağlı foto tamamilə yanlışdır: "Həmin fotonun heç bir əsası yoxdur

17 Temmuz 2017

Təhsil Nazirliyində Elminazı himayə edənlərin adları .

Cəlilabad rayon təhsil işçilərindən aldığımız şikayətlərin ardı arası kəsilmir. Tədris ilinin sonu olmasına baxmayaraq Cəlilabad təhsilində korrupsiya və neqativ hallar azalmır. Direktorlardan birinin verdiyi məlumata görə Elminaz Nadirova onları RTŞ yə çağıraraq guya məktəblərinin təmirində küllü miqdarda pul almalarına qol çəkmələrini tələb etmişdir.


Bundan əlavə direktorlar aylıq xəracının miqdarını artırmalıdırlar. Hansısa direktor pul verə bilmirsə vəzifəsindən olurlar. Hal-hazırda  20 yə yaxın direktorun işdən çıxması haqqında ərizəsi və məktəbin möhürü RTŞ müdiri Elminaz Nadirova tərəfindən alınaraq işdən kənarlaşdırılıb. Məlumatı verən direktora niyə gedib imtahan verərək direktor olmursunuz axı siz savadlı kadırsınız sualına cavab bu oldu ki , Elminaz Nadirova rəy verməsi üçün müəllimlərdən 8-10-15 min pul alaraq rəy verir.

12 Temmuz 2017

Cəlilabad Təhsil İşçilərinin bəyanatı

Diaqnostik qiymətlindirmə keçirilərkən  bildirdiniz ki, bu balların heç bir əhəmiyyəti yoxdur və hər kəsin əmək haqqı artırılacaq və belə də oldu. İndi isə Təhsil şöbə müdirləri məktəb direktorlarına kağız parçası verərək dərs saatlarının azaldacağını demisiniz. Bilmək istərdik  bu sizin verdiyiniz qanunlardır ya sizə qarşı növbəti təxribatdır ? Əgər  bu belədirsə,  sizin illərdir aparmış olduğunuz uğurlu  islahatlarınıza cox ciddi zərbə vurulmaqla yanaşı təhsil işçiləri içərisində sosial bazanızın atın itirilməsi deməkdir.  Bu  ölkə qanunlarını pozmaqla yanaşı eyni zamanda müəllimləri aldatmaqdır. Bu tapşırığın 2 gün ərzində sizin tərəfinizdən verilməsinin doğruluğunu təsdiq ya inkar  etməsəniz. Sizin əlehinizə kompanyalara qoşulacaq və istefanızı tələb edəciyik .