13 Kasım 2017
Bu məktəbin müəllimləri haradadır ?
08 Kasım 2017
Ehtiram Muxtarovun Cəlilabad məktəbində apardığı yoxlama
Cəlilabad şəhər 7 saylı məktəbdən edilən şikayətlərdən sonra Ehtiram Muxtarov 14 saylı ƏMHM in işçilərini bu məktəbə göndərib. Yoxlama zamanı bütün məktəblrdə olduğu kimi bu məktəbdə də xadimə və labarant ştatında olanlardan "ölü canlar" aşkar olunub. Əvvəl bərk təşvişə düşən məktəb rəhbərliyi bu dəfə də Elminaz Nadirovaya müraciət edib. Elminaz isə əlindən bir iş gəlmədiyini görüb yenidən rayon rəhbəri Əziz Əzizova müraciət edib. Əzizovun müdaxiləsindən sonra Ehtiram Muxtarovun əməkdaşları yenidğn akt tərtib edərək guya hər şeyin yerində olduğunu rəsmləşdiriblər. Çox guman Ehtiram yenədə öz payını alaraq geri çəkilib. Respublika prezidenti və Mikayıl Cabbarovun apardığı islahatlar doğru olsada yerlərdə bunu həyata keçirəcək dürüst potensial kadrlar yoxdur . Ehtiram kimi vicdanını satmışlarla islahat aparmağın mümkün olmadığını Təhsil Nazirliyi anlamalı və yollarını ayırmalıdır.
05 Kasım 2017
İcra Hakimiyyətinin qoçusu Sabir xərac toplayır
Cəlilabad rayon Təhsil Şöbəsinin müdirinin himayədarı Sabir Həsənov artıq o qədər harınlayıbkı özünün digər adamı Adəm İsmiyev vasitəsi ilə dağ kəndlərinin məktəblərindən açıq şəkildə xərac toplayır. Bu barədə adının çəkilməsini istəməyən dağ məktəblərindən birinin müəllimi xəbər verib. Nə yoxlaması aparıldığı məlum olmasa da hər məltəbdən 100-200 azn pulun yığılması məlumdur. İnformasiya verildikdən sonra yəqin Sabirə əsl qoçunun kim olduğu göstəriləcəkdir .