27 Aralık 2018
Cəlilabad təhsili talan edilir.
23 Aralık 2018
Cəlilabad icra başçısı bilet satır ?
Cəlilabad icra hakimiyyəti bilet satır. Biletin qiyməti 2 azn. Məktəblərin hamısının iştirak etməsi vacibdir və hətta bunu məcbur aldırıblar. Pəhləvan pulu isə hər məktəbdən 100 manat alınıb. Əzizə biznesmen deyirdilər. Namiq əsl peşəkardır.Keyf edin !
21 Aralık 2018
Cəlilabadda təhsil ktiminal qüvvəllər tərəfindən idarə ediləcək
Sosial şəbəkələrdə yayılan məlumatlara görə Cəlilabad RTŞ nin müdiri Hafiz Cavadov məktəblərə aylıqdan başqa yeni bir vergidə təyin edib. Deyilənə görə bu vergi şəhərə gələcək pəhləvan göstərişi ilə əlaqədar "pəhləvan" vergisidir. Qəzəetpulunu icra hakimiyyətinin özü birbaşa yığdığını hamı bilsədə digər vergilərin adətən Hafiz vasitəsilə yığılır deyə hamı RTŞ -ni günahlandırır. Ancaq çox adam bilmir və ya özünü avam yerinı qoyaraq elə düşünür ki Hafiz bu qədər pulu özü yeyir. Daha bilmirlər ki, pulun hamısı İcra hakimi Namiq Zeynalova gedir. Namiq Zeynalov üçün fərq etmir təhsil var ya yoxdur. Onun üçün hətta Hafiz belə maraqlı deyil. Aldığımız məlumata görə son zamanlar Təhsil Nazirliyindən ciddi təpkilər alaraq daha pul yığmayacağını deyən Hafizin yerinə yeni namizəd belə var. Namiq Zeynalov onun yerinə kriminal qüvvələrin arxasında durduğu Qərənfili gətirərək təhsili kriminal qüvvələr vasitəsilə idarə etmək istəyir. Məlumat verən şəxs bu planın çoxdan hazırlandığını və hətta son zamanlar Hafizdən narazılıq edənlərin Qərənfil tərəfindən təşkil edildiyini bildirir. Görünən odur ki, Cəlilabadlılar arasında hər gün artan narazılıq daha da artacaq.
04 Aralık 2018
İcra başçısının"qəzet pulu" adı altında korrupsiyası
09 Kasım 2018
Ceyhun Bayramova "Açıq Məktub"
02 Kasım 2018
Cəlilabadda dövlətə və bayrağa nifrət aşılanır
Başqa rayonlarda olduğu kimi, Cəlilabad rayon təhsilindədə vəziyyət çox bərbad vəziyyətdədir. Yerli icra hakimiyyətini və RTŞ müdirini təhsildən çox aylıq pul yığımı maraqlandırır. Aylığı kecikdirənlərə qarşı isə təzyiq vasitəsi kimi yoxlama göndərirlər. Aylıq azmış kimi indidə "qəzet pulu" və "bayraq pulu" vergisidə əlavə olunub. Hər bir direktor "aylıqdan" əlavə Bayraq gününə görə icra hakimiyyətinə 5-6 ədəd bayraq alıb verməli və ən azı 700-800 manatıq olmayan qəzetə abunə olmalıdır. Yığım işlərinə RTŞ də hər zaman olduğu kimi yenədə Ağaxan, İlkin , Ramiz və Rəxşəndə rəhbərlik edir. Buradan təhsilimizi bərbad vəziyyətə qoyanlara demək istəyirəm :
15 Ekim 2018
10 Ekim 2018
Cəlilabad təhsili bu qədər biabırçı durumda olmayıb
Cəlilabad məktəbinin direktor əvəzlərindön birinin verdiyi məlumata görə Cəlilabad RTŞ -də vəziyyət çox biabırçı həddə çatıb. Şəhər məktəblərində direktor vəzifəsini icra edənlərdən müqavilə bağlamaq üçün 15-20 min , ümumi orta məktəblərindən 3-5 min arası pul toplanır. Deyilənə görə pulu Rəxşəndə və İlkin vasitəsilə Hafiz Cavadov toplayır və bunu bir başa başçı Namiq Zeynalova verirlər.
Korrupdioner Vidadi haqqında verdiyimiz suala isə direktor əvəxi belə cavab verdi ki, onu metodist kimi işə götürüb 4 nömrəli məktəbə direktor əvəzi təyin ediblər.
Bütün bunlatın rəsmləşdirilmə işini necə etdikləri isə müammalı olaraq qalır.
29 Eylül 2018
Korrupsioner Vidadi Dövlətov Cəlilabad RTŞ-nə qayıtdı !
Əvvəllər Rayon Təhsil Şöbə müdiri işləyən i və rayon təhsilini məhv edən Vidadi Dövlətovu yeniidən təhsil şöbəsinə gətirdilər. Təhsildə yenilik islahat deyəndə yəqin elə bunu nəzərdə tuturmuşdular. Belə görünür ki, rayonlarda başlanacaq islahatlara doğan ümüd bətindəcə boğuldu. Vidadi kimi təhsildən anlayışı olmayan birini metodist qoymaqla təhsildə rüşvəti necə alacaqlarının metodu yəqin ki, müəllimlərə öyrədiləcək. Hal-hazırda rayon təhsilində davam edən şıdırğı alverdə yəqin ki, Hafiz Cavadova yeni metodlar lazım olacaq. ..... Rayonun təhsili məhv edilir və bunu edəndə başqası yox elə Dövlətovların əli ilə dövlətin özüdür !!!
21 Eylül 2018
Korrupsiya tenderi. Təhsil şöbəsi yox bazardır
Cəlilabad rayon təhsil şöbəsi tender elan edib. Tenderdə iştirak etmək üçün direktor olmaq lazımdır. Tenderde iştirak edəcək məhsullar aşağıdakılardır
1. Hazırlıq qrupları açmaq üçün 250 manat
2. Sinif açmaq üçün 1500 manat
3. 65 yaşından yuxarılarla müqavilə bağlamaq üçün 1500 manat
4. fərdi təhsil 250
5.Xüsusi təhsil 250-300
6.Başqa yerdən gələn şagirdlər üçün şəhər məktəblərində adlarının yazılması üçün 1000 manat
7.Kənd məktəblərində adları yazdırıb özləri olmayanlar 500 manat ödəyirlər.
Xidmət bir pəncərə rejimində Ağaxan , İlkin və Rəxşəndə vasitəsi ilə həyata keçirilir.
Hafiz Cavadov yaxşı insandır ətrafı pisdir.
14 saylı ƏMHM-nin tenderi daha ucuzdur.
1.Tarifikasiyanı doldurmaq üçün 50 manat
2. Cədvəlin doldurulması üçün 50 manat
Bir pəncərə rejimndə həyata keçirmək üçün muhasiblərə və baş muhasib Müşviqə yaxınlaşa bilərsiniz.
14 saylı ƏMHM -nin müdiri Ehtiram Muxtarov keyfiyyətə şəxsən zəmanət verir.
29 Ağustos 2018
19 Ağustos 2018
Kolxozdur ya RTŞ ?
Cəlilabad təhsilində rəzalət davam edir !
10 Ağustos 2018
İcra hakimi kimi şərəfsiz, şəxsiyyətsiz , alçaq adlandırıb ?
Səbəbini tam bilməsəkdə bu gün günorta saatlarında Cəlilabad rayon icra başçısı Namiq Zeynalov cənablarının hansısa məmuru söyüb təhqir elədiyi barəsində məlumat əldə etdik.
18 Temmuz 2018
09 Temmuz 2018
Başçı hansı xanım direktorla şəxsən telefon əlaqəsi saxlayır ?
İndi ay yazıqlar.... yazıq sizsiniz o deyil !
"Tovuzquşu" 7 nömrəli məktəbə direktor təyin edilir.
05 Temmuz 2018
Suyun lal axanı, İcranın sakit baxanı...
01 Temmuz 2018
12 Nisan 2018
Elminaz direktorları hədələdi
Bu gün 17:00 da məktəb direktorlarını yığan Cəlilabad RTŞ nin müdiri Elminaz seçkilərdən qabaq fürsətdən istifadə edib ona pul verməyənləri hədələyib. Birinci gündən frontal yoxlamalara başlayacağını və heç kimə güzəşt etməyəcəyini deyib. Hətta sonda hər kəsə : Mənim çıxmağımı gözləyənlərin arzuları ürəyində qaldı. Mən yoluma davam edəcəm amma sizlər indidən işdən uzaqlaşmağa hazır olun. Elminazın arxayın "cəsarətinin" arxasında kimin dayandığı məlum olmasada çoxları bunun İcra Hakimiiyyətindən olduğunu düşünür.
30 Mart 2018
Elminaz haqqında bayatı
Hiylən çoxdur, elmin az
Eqaistsən bilirik,
Buna görə helmin az,
Əziziyəm hay gedib
Niyə haqqı say gedib ?
Elminaz tənha qalıb
Deyirlər "Day-day "gedib
Əzizim Elminazın
"kim kökləyəcək sazın?"
"Day-day" gedəndən sonra
"De kim çəkəcək nazın ?"
Zopunlular səs salır
Elminaz rüşvət alır
Müəllimlər nə etsin ?
Mayıs yerində qalır.
Əziziyəm əlhəzər
Deyək, dəyməsin nəzər
Rüşvətin hesabıyla
Elminaz evin bəzər
Baloğlan Mirzəli
Şair jurnalist
Elminaza son xəbərdarlıq edildi, amma.....
Ötən saylarımızda seçkiöncəsi təhsil şöbəsində baş verən təxribat barəsində məlumat verdikdən sonra nələr baş verdi ?
Cəlilabad rayon İcra Hakimiyyətinə çağrılan Elminaz Nadirova sərt xəbərdarlıq edilərək məktəblərdən yığdırdığı pulu qaytarmasını tələbi qoyulub. Buna baxmayaraq Elminaz Nadirova hamının pulun qaytarsada, özünün etibar etdiyi şəxslərə heç nə qaytarmayıb.
Bundan başqa bu qarışılıqdan istifadə edən Elminazın komandası da pul yıöımını dayandırmayıb. Komandanaın inanılmış simalarından olan Sarxan Həsənov, Ərəstun Hüseynov, İlkin Zeynalov, Ağaxan Ağayev və Ramiz Quliyev direktorlara zəng edərək pul gətirmələrini tələb edir. Baxmayaraq ki, Sarxan Həsənov, Ərəstun Hüseynovun təqaüd yaşı, Ramiz Quliyevin metodist olması buna baxmayaraq ondan inspektor kimi istifadə açıq qanunsuzluq olsada, bu dəfə çox ciddi fakt var . Bu fakt səs yazısıdır və artıq korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Yəqin ki, çox qısa müddətdə bu şəxslər əli qolu bağlı aparılacaq və Elminazın illərdir yığdığı pullar onun burnundan gətiriləcək.
25 Mart 2018
Təxribat ya həqiqət ?
Prezidentə qarşı təxribatın arxasında kim durur ?
15 Mart 2018
Elminaz Nadirovanın məxvi tapşırığının üstü açıldı
Bu gün saat17:00 da inspektorları toplayan Elminaz Nadirova məxvi tapşırıq verib. Tapşırığa görə icranın tapşırığına baxmayaraq "aylıq"lar yığılmalı, ancaq elə etmlidirlər ki, bundan heç kimin xəbəri olmasın. Direktorlara məlumat verilən kimi isə bu işin məxviliyi itdi. Yeni icranın və xüsusilə prezident seçkiləri öncəsi əhalinin narazı salınmaması tapşırığı verilsədə Elminazın bunlara məhəl qoymaması və narazılıq yaratması bir növ hakimiyyətin siyasətinin əleyhinə çıxmaqdır. Yerli İcra hakimi bu xanım Təhsil Şöbəsinin müdirini çıxara bilmirsə yəqin ki bu hərəkətinə görə Prezident Administrasiyası xəbər tutandan sonra nəsə edər.
11 Mart 2018
08 Mart 2018
Elminaz Nadirovanın gunahkar olduğunu sübut edən sənəd
Aylıqla bağlı yeni iddia
01 Mart 2018
Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova Prezident İlham Əliyevin təyin etdiyi yeni icra başçısı Namiq Zeynalovu rəhbər kimi qəbul etmir ?
23 Şubat 2018
Cəlilabad məktəbi saxtakarlığına görə rekorda imza atdı.
Elminaz Nadirova haqqında verilən ilginc əmr
10 Şubat 2018
Yazını göstər, deyim sən kimsən .....
08 Şubat 2018
Cəlilabad RTŞ-ində Üç Müşkatyor və Dartanyan
Bu dəfə sizə Cəlilabad təhsilini talayan Kraliça Elmidən yox , onun yolunda ölməyə və hətta hər şeylərini verməyə hazır , rüşvət toplamaqda yarışa girən Üç muşkatyor Ağaxan , İlkin və Ərəstun və digər tərəfdən özünü Dartan yan kimi aparan 14 saylı regionalın işçisi Zaurdan danışacam. Kraliça Elminin ətrafında pərvanə olub , hər istəyinə müti olan bu şəxsləri hamı tanıyır və onların necə Cəlilabad təhsilini taladıqlarınıda. İndi hamını maraqlandıran bir məsələ var. Yeni İcra Başçısı Namiq Zeynalov şərəfsiz dəstəsini dağıtmağa gücü çatacaqmı ?