Emil Eminli adı ilə Cəlilabad RTŞ-nin işçiləri haqqında yazan şəxsə adlarının çəkilməsini istəməyən bir qrup təhsil işçisindən e-mailimizə cavab göndərilmişdir. Yazını olduğu kimi sizlərə təqdim edirik .
Emil
Bayramovun lax yumurta iyi verən xülyaları və iddiaları
Bu günlərdə Musavat partiyasının fəal üzvü, bu
bayrağın altında sevimli partiyasının şərləmə ideologiyasını mərifətlə yerinə
yetirən Bayramov Emil Dənizxan oğlunun müxtəlif saytlarda gedən orfoqrafik səhvlərlə
dolu ziyalılıqdan dəm vuran müraciətini hamımız oxuduq.
Emil Bayramovun
hansı partiyaya və məzhəbə qulluq etməsi onun öz işidir. Ancaq bütün cəlilabadlılara
məlumdur ki, onun əmisi Qılıncxan Bayramovun həyat yoldaşı dünyasını dəyişdikdən
sonra Musavat başqanı İsa Qənbərin bacısı ilə ailə qurmuşdur. Bu vəziyyətdən və
bu qohumluqdan ilham alan Emil Musavat partiyasına daxil olmuş və məlum dövrlərdə
reket jurnalist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda dişində şirə qalan bu
“savadlı jurnalist” Cəlilabad rayonunda qol - qanad açıb köhnə iş üslubu ilə
pul qazanmaq istəyir.
Emil hər yerdə
bəyan edir ki, onun atası əsl ziyalıdır, atasından başqa ziyalı tanımır.
Doğrusu bu da bizim marağımıza səbəb oldu. Düşündük ki, görəsən Emilin atası Dənizxan
müəllim necə ziyalıdır. Hə bax burda bəzi nüanslar hamıya maraqlı olar. Məlum
oldu ki, Emilin təbirincə desək əsl ziyalı, maarifçi, mükəmməl pedaqoji keyfiyyətlərə
malik olan Dənizxan müəllim öz ailəsində iki oğul övladı böyüdüb. Onun böyük
oğlu Elgün Bayramov Azərbaycan musiqisinə
böyük töhfələr verən Şəfiqə xanım Axundovanın bacısını tamah məqsədilə qarət
erdikdən sonra qəddarcasına boğub öldürmüşdür. Qanun və fakt qarşısında qalan
Elgün Bayramov hal-hazıra öz layiqli cəzasını çəkir. İkinci övlad Emil isə öz əməlləri,
tufeyli həyat tərzi ilə göz önündədir. Bax bu faktlardan məlum olur ki, Emilin
atası “əsl ziyalı”dır! “Əsl ziyalı” olan Dənizxan müəllim uzun illər Bakı şəhərində
işləmişdir. Onun 65 yaşı tamam olanda işlədiyi müəssisə tərəfindən onunla
bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Maraqlıdır əgər Dənizxan müəllim
savadlı, əvəzolunmaz, öz ixtisasını mükəmməl bilən mütəxəssis idisə və ən
azından işlədiyi kollektivdə bir balaca da olsa hörməti var idisə niyə onunla
yenidən müqavilə bağlanmadı? Hə bu çox maraqlı sualdır!
Emil, yurdun
yuvan hesab olunan kəndində kəsəyində yaşayan ziyalıların adını ağzına alacaq ən
son adamsan! Bunu unutma!
Qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq.
Qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq.
Hiç yorum yok:
Yorum Gönder