22 Şubat 2019

Direktorluğa namizədlərin təsdiqinə kim mane oldu ?



Azərbaycan Respublikasının Təhsil Naziri C.Bayramovun müvafiq əmrinə əsasən Respublikanın ümumtəhsil məktəblərində DİQ müsabiqəsinə start verildi.700-ə yaxın məktəb direktoru bu vəzifədə yarışına qoşulmuşdur.
Məlumat üçün deyim ki,məktəb direktorların vakansiyası ən çox Cəlilabad rayon məktəblərinin üzərinə düşür.35 vakant yeri müsabiqəyə çıxarılmışdı.
Imtahan prosesi və müsahibə mərhələsi bitdikdən sonra kimin direktor işə qabulu mərhələsini keçib-keçmədiyi təxmini bilinirdi.Məsələn,savadına, intellektinə və idarəetməsinə şübhə etmədiyim Şabanlı kənd orta məktəbində direktor vəzifəsini müqavilə əsasında idarə edən Sucaet muellim uğur qazandığını,test və müsahibə mərhələsində keçdiyini sevincini mənimlə və dostları ilə bölüşüb.və bundan başqa bir neçə adın çəkmədiyim direktorluğa namizədlər var ki,onlarda müsabiqədən keçdiklərini bildiriblər.


Amma,dünən Dövlət imtahan mərkəzi DİQ müsabiqəsindən keçən və Təhsil Nazirliyində təsdiq olan direktorların siyahısını dərc etdi.Biz də Sosial Şəbəkədə o siyahını payaşdıq.Sevincə siyahını gözdən keçirdim.Bir nəfər də olsun Cəlilabad rayon məktəblərinə direktor kimi təsdiq olunmuş müəllimin adına rast gəlmədim.Bu mənim üçün də təəccüblü gəldi.Aldığimiz məlumata görə Təhsil Nazirliyinə Direktor kimi təsdiq olunmaq,müsahibə mərhələsini adlamaq üçün 3-5 min man.civarında rüşvət verən direktorlar da var.əlbəttə ki,RTŞ-nın müdirinin əli lə.çunki,RTŞ-nın mudri müsahibə mərhələsində nəinki iştirak edir,həm də namizəd direktorlar üçün müsbət rəy vermək səlahiyyəti var.Ona görə də Bir çox namizədlər o tələb olunan rüşvəti veriblər.və onları arxayın salıblar.Nəticələr çıxandan sonra biraz qanqaraçılıq olub.))
Necə ola bilər ki,namizəd direktorların elektron poçt adresilərinə onların müsahibə mərhələsindən keçdikləri haqda məlumat vəya bildiriş gəlir.ama təsdiq olunmuş Direktorların siyahısında bunların adı çıxmır?
Bu möcüzə necə baş verib bəs?
RTŞ-dan verilən məlumata görə guya bu texniki problemdir.1-ci gün təsdiq olunmuş direktorların adı yenidən dərc olunacaq.Yəni Təhsil nazirliyi siyahıda səhvə yol veriblər.Cəlilabad rayon məktəblərinə direktor kimi təsdiq olunmuş müəllimlərin adları əlavə olunacaq.Düzü,mən bu "Məlikməmmədin" nağılına inanmıram.Bir sözlə,RTŞ-da vəziyyət "uruscadır".
Xub! Əgər rüşvət verib direktor kimi təsdiq olan muellimlərin adı siyahıda novbəti həftədə cixmasa,nə olacaq?😊
Bunların pulu geri qayıdacaqmı?kim qaytaracaq?
RTŞ-da Nazirliyin "qara kassa"sı kimdir?

Hiç yorum yok:

Yorum Gönder