Cəlilabad rayonun İcra Hakimiyyetinə başçı təyin olunan Namiq Zeynalov kresloya oturar-oturmaz kadr deyşikliləri etməyə başladı.İlk baxışdan uğurlu görünsə də keçmiş İcra başçısı Əziz Əzizovdan geri qalmadı. Təkcə İcra Aparatını yox , rayonun digər idarə və müəssələrinə rüşvət müqabilində səriştəsiz kadrları doldurdu. Təyin edilən kadırlar heç birisi etimadı doğrultmadı.Əksinə öz uğursuz işləri ilə rayonun imicinə mənfi təsir göstərdilər.Təhsil kimi strateji əhəmiyyətli bir sahə Cəlilabad rayonunda demək olar ki, məhv olmaq təhlukəsi ilə üzləşdiyi bir məqamda Cəlilabad RTŞ-ya xanım direktor-Qərənfil Əhmədovanı təyin etdi. Bununla da bir daha təhsilimizi anasını ağlatmağa hesablanmış bir addım atdı. Q. Əhmədova 5 il 8 saylı məktəbdə direktor işləyib.
Bu illər ərzində məktəb göstəricilərinə görə rayonda ən aşağı yerlərdən birini tutmuşdur. Elm və Təhsildən bu məktəbdə söhbət açılması yersizdir və gülüncdür. Qərənfil xanım məktəbi Bacılıq siyasəti ilə idarə etmişdir.Öz yaxın çevrəsinə daxil olan müəllimələrə artıqlaması ilə dərs saatı verərək, onları susturmağı bacarmışdır. Məktəbin 10-11-ci sinif şagirdlərinin pula aylığa çıxartmışdır. Sual olunur bəs bu uşaqlar hardadır. Cavab çox sadədir. Bəziləri dükan-bazarda xırda ticarətlə məşquldur, bəziləri isə dərs prosesi zamanı məktəbdə təşkil olunmuş müəllimlərin fərdi hazırlığına gedirlər.Qərənfil xanımın direktor işlədiyi bu 5 il ərzində rayon təhsil sisteminə vurduğu zərbə bununla kifayətlənmir. Belə ki, məktəbdə 120 yaxın müəllim çalışır. Etibarlı mənbədən verilən məlumata görə onlardan 70-80 nəfər müəllim işə gəlir. Qalanları isə yenə də aylıqdadır. Təsərufat işçiləri də həmçinin .Məktəbdə 30-dan artıq texniki işçi olsa da 9 nəfər işçi işə çıxır. Qalan işçilərin əmək haqqı kartları Qərənfil xanımın cibində olub. Cəlilabad RTŞ-ya müdür təyin olunsa da 8 saylı məktəbdən əlin çəkmək fikri yoxdur. Puldan gözü doymayan Qərənfil xanım müəllimlərin fevral və mart aylarının əmək haqqısı verilən zaman məktəbə siyahi göndərib ki, pullar yığılsın. Üstəlik məktəb ətrafında apardığımız müşahidələrə əsasən narkotik istifadəçilərində oylağı olmuşdur. Gördüyümüz şplis və iynələrdən ibarət zibil yiğını buna sübutdur.
Bir ay bundan öncə Namiq Zeynalovun müəmallı kadr dəyişikliyi hamımızı təəccübləndirdi. Beləki, Qərənfil xanım RTŞ-ya müdür təyin olunur. Sosial şəbəkələrdən aldığımız məlumatlara görə bu vəzifəyə təyin olunmağı üçün İcra Başçısına 2 yüz min manat rüşvət vermişdir. Bu yaxınlarda özüylə görüşmüşəm. Təhsilin problemləri ilə bağlı söhbət aparmışam . Qərənfil xanım qeyd etdi ki, təhsildə yaranmış problemləri yaxın zaman ərzində aradan qaldıracaq. Təhsil bir bataqlıqdır mən o bataqlıqa girməliyəm sonra özümə yer edib təmizləməyə başlayacam. Bu çox gülünc məntiqdir bataqlıqa girən adam necə ordan çirkaba batmadan çıxa bilər? Düzü mən buna inanmadım. Təhsil Şöbəsində çalışan müəllimlə etdiyimiz söhbət zamanı Qərənfil xanımın təhsil şöbəsinə gətirdiyi “ yeniliyin” şahidi oldum. Bu xanım Hafis Cavadovun dədəsinə rəhmət oxuturur. İclasda məktəb direktorları üçün yeni tas müəyyənləşdirib. Kim etiraz edirsə ən ağır formada təhqir edərək icra başçısı N. Zeynalovu göstərir.yəni , yiğılan rüşvəti ona verirəm. Ən yüngül formada kriminal aləmdəki adamları ilə hədə- qorxu gəlir. Qeyd edək ki, aldığımız məlumata görə Qərənfil xanımın həyat yoldaşı Rövşən adlı şəxsdir.O, uzun müddət Cinayət məcəlləsinin müxtəlif maddələri ilə Rusiyanın Voronej şəhərində həbs həyatı yaşamışdır. O,Kriminal aləmlə sıx bağlı olan bir şəxsdir.İndi şərti olaraq azadlıqa çıxmışdır.
Namiq Zeynalovun ikinci uğursuz kadırlarından biri 8 saylı məktəbə direktor təyin olunmuş Sevda Süleymanovadır. O da N. Zeynalova aldığımız məlumatlara əsasən 25 min manat rüşvət vermişdir. Bu rüşvətə vasitəçiliyi onun yaxın qohumu Cəlilabad Maliyyə Şöbəsinin qarmon ifaçısı, saxta diplomlu rəisi Əlnazim Quliyev etmişdir. Sevda xanımın diplomu şübhəlidir. Təhsil Nazirliyin keçirdiyi yoxlama əsasında diplomu saxta olan bəzi müəllimələrin srasında Sevda xanımın da adı keçirdi. O ixtisasca pedaqoq deyil, İqtsadiyyat Unviresitetin bitirmişdir. Müəllimlər inistitunun Gəncə filialını saxta diplomunu almışdır. Son illərə kimi rayonda şirniyyat sexində satıcı kimi tanınan Sevda xanım necə oldu ki, birdən-birə direktor təyin edildi?
Qeyd edək ki, 8 saylı orta məktəbin kollektivinin böyük əksəriyyəti Sevda xanımın direktorluq təyyinatını qəbul etməyib,bu və ya başqa formada etiraz etmişdilər.Belə ki, adının çəkilməsini istəməyən həmən məktəbin müəllimələrinin birinin fikrini olduğu kimi sizin nəzərinizə çatdırırıq .Həmən müəllimə qeyd edir ki, Sevda xanımın kollektivə təqdimatı zamanı müəllimlərin çoxu buna etraz əlaməti olaraq iclasa qatılmadı.Əslində mən özüm də bunu istəmirdim. Direktorluğa iddialı idim. Kollektiv məni istəyirdi. Düşündüm ki, niyə də yox? amma olmadı .Sevda müəllimənin pulu çox olduğu üçün rüşvəti hamıdan çox verib direktor təyin olundu. Etraz elə şiddətli formaya yetişdi ki, hətta, məktəbimizin müəllimi R. Sadıqlı iclası tərk edərək kobud formada qapını çırpıb getdi. Sonra isə özünün Facebook hesabında etraz əlaməti olaraq tənqidi status yazdı. Doğrusu, Mən bütün bu etirazların formatını tam normal qəbul edirəm.
Cəlilabad rayon təhsilinin beləlıklə, fatihəsi oxundu desək yanılmarıq. Çox təəssüf ki, gələcək nəsillərin təhsili və təlim-tərbiyəsi qaranlıq keçmişi olan məmurlara həvalə olunmaqdadır. Əminəm ki, cənab Prezidentin rayonlardakı nümayəndəsi Namiq Zeynalov bu uğursuz kadr dəyişikliyinə yenidən baxacaq. Hərkəsi layiq olduğu posta təyin edəcəkdir.
Want create site? Find Free WordPress Themes and plugins.Cəlilabad rayonun İcra Hakimiyyetinə başçı təyin olunan Namiq Zeynalov kresloya oturar-oturmaz kadr deyşikliləri etməyə başladı.İlk baxışdan uğurlu görünsə də keçmiş İcra başçısı Əziz Əzizovdan geri qalmadı. Təkcə İcra Aparatını yox , rayonun digər idarə və müəssələrinə rüşvət müqabilində səriştəsiz kadrları doldurdu. Təyin edilən kadırlar heç birisi etimadı doğrultmadı.Əksinə öz
Hiç yorum yok:
Yorum Gönder