04 Haziran 2019

Q.Əhmədovanın "Sınaq Biznesi"-2


Qərənfil Əhmədovanın "Sınaq Biznesi" adlı yazımızda RTŞ müdiri ilə şəhər 1 nömrəli məktəbin direktoru Füzuli Quliyevin birgə əməliyyatı nəticəsində sınaq qiymətləndirməsi adı altında 1-ci sinifdən 11-ci sinifə qədər 4 manatdan pul yığılması faktına mənbələrimizdən narazılıq dolu məktublar almışıq.

Yox, elə fikirləşməyin faktı təkzib ediblər ! Əksinə bu əməliyyatın 2 həftə qabaq Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli məktəbdə keçrilməsini niyə qeyd etməməyimiz etiraz doğurub. Mənbəmizin dediyinə görə burada daha çox şagird imtahana cəlb olunub və yenədə bu işdə Qərənfil Əhmədova ilə Səidə Şükürova arasında pul şərik  bölünüb. Nə az nə çox söhbət 4000 manatdan gedir. Nazirliyin rəsmi məktubuna əhəmiyyət verməyən Qərənfil xanım görəsən kimə güvənir ? Bax bu artıq başqa mövzudur ! O qalsın gələn dəfəyə..

Hiç yorum yok:

Yorum Gönder