24 Kasım 2019

İcra başçıları hamını əmin edir ki, Prezidentin apardığı islahatlar boş şeydir.

Cəlilabad təhsilində rüşvət bütün sahələri üstələyir. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Beləki, Təhsil Nazirliyin əmrinə əsasən Araz Babayev rayonun Sabirabad kənd 1 saylı tam orta məktəb direktoru təyin edilib. Lakin A. Babayevin işinə bəzi əngəllər törədilir.
Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nağıyev deməzdik ki, onun adından elə onun tapşırığını icra edərək  “hörmət” tələb edir. Təhsil Nazirliyinin əmri isə tələb olunan “hörmətdən” sonra quvvəyə minəcək. Ölkə başçısının rüşvətə qarşı çıxışlarına laqyid yanaşan hətta əvvəlki aparat rəhbərinin üzərinə bütün məsuliyyəti qoyan icra başçılarını bildiklərini etməkdə davam edirlər. Mən hətta deyərdim ki, bunun özünə şərait yaradan Ceyhun Bayramovun özüdür. Əgər belə deyilsə nəyə bir nazirin əmri yerli icra tərəfindən əngəllənir.

15 Kasım 2019

Şikayət "şablon izahatla" təkzib edilir


Cəlilabad rayon Seyidbazar kənd sakini Sahib Ağasahib oğlu Məmmədov və Alar kənd sakini Səlimov Famil Duman oğlu Prezident İlham Əliyevin çıxışından ürəklənərək bütün dövlət orqanlarına müraciət edərək Cəlilabad Rayon Təhsil Şöbə müdiri Qərənfil Əhmədovanın qanunsuz əməllərindən, təhsilin bərbad vəziyyətə düşrülməsindən, təhsil müəssilələrindən ayıq almaqla təhsili iflic hala salmağından yazaraq müraciət etmişdirlər. Bu gün Cəlilabadda təhsildə nə uğur varsa imkanlı adamların öz balalarına yaratmış olduğu imkan nəticəsində olur. Kimin imkanı varsa uşaqların Repititor yanına və ya Kurslara göndərir . Qərənfil Əhmədova deməsin ki, Cəlilabaddan ali məktəblərə qəbullar var. Bunların heç biri məktəbin göstərdiyi nəticə deyil. Hamısı valideynlərin pulu hesbaına olur.

12 Kasım 2019

Sevgi macərasının qurbanına çevrilən təhsilimiz.

Əgər yadınızdadırsa biz işdə məhəbbət macərası başlığı ilə bir dəfə bu barədə söhbət aparmışdıq. Bəli, 14 saylının Cəlilabad rayon qəssabı Zaur Əzizov və Cəlilabad təhsilini xaraba qoyan Qərənfil Əhmədova. Yaddaşınızı təzələmək üçün həmin məqalədən bir hissəni nəzərinizə çatdırıram. 

05 Kasım 2019

"O çox şey deyir, sement pulunu gətirin verin, gətirməyənlər ciddi şəkildə cəzalanacaqlar"

Preizdent İlham Əliyevin televizyada korrupsiya ilə bağlı sərt  çıxışları  Cəlilabad rayon təhsil işçilərini bərk qorxutmuşdu ki, Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova direktorları çağıraraq "ASAN" xidmət üçün onlarların adına nisyə götrülən sement pulunu gətirib vermələrini tələb edib. Direktorlar deyiblər ki, " XANIM AXI CƏNAB PREZİDENT KORRUPSİYA İLƏ BAĞLI SƏRT ÇIXIŞ ETDİ DEDİ Kİ. DÜZ İŞLƏYİN.." cavabında isə xanım deyib ki, " "O ÇOX ŞEY  DEİYİR, SEMENT PULUNU GƏTİRİB VERİN, YOXSA VERMƏYƏNLƏR CİDDİ CƏZALANDIRILACAQLAR.  İndi insanlar bilmir , ölkə başçısından qorxmayan Qərənfil Əhmədovanın sözündən necə çıxsınlar ...

Namiq Zeynalovun Prezidentin beş gün qabaqkı çıxışandan Cəlilabadda çıxardığı nəticə


Tərəfinfonun verdiyi məlumatda deyilir:

“…Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir…”

Cəlilabad Təhsil Şöbəsinin qarşısındakına"Bravo" deyilmədi.


               Ötən məqalələrimizin birində Cəlilabad rayon Təhsil Şöbəsi qarşısında olan obyektin Kərəm Həsənov tərəfindən  ələ keçrildiyini yazmışdıq. Həmin obyekti söküb sən demə yerində "Bravo" supermarketi tikiləcəkmiş. Lakin bizim bu məlumatı işıqlandırmağımızdan sonra obyektdə iş dayandırılıb.

01 Kasım 2019

Ölkə rəhbərinin korrupsiya ilə bağlı sərəncamları Cəlilabada aid deyil ?

Ölkə rəhbərinin korrupsiya ilə bağlı sərəncamlarının Cəlilabada aidiyyatı yoxdur ?
 Əgər aidiyyatı olsaydı  bu gün Cəlilabad RTŞ nin binasında hazırlıq qrupundan tutmuş, aylıqlara qədər alınan pullar yığılmazdı. Bu gün pul verən direktorları bir sual da maraqlandırır. Bəs icra başçısının təhsildən yığdırdığı bu pullar  Kərəm Həsənov tərəfindən yığdırıldığını deyirdiniz ? Necə olur Kərəm Həsənov vurulur anca ona yığılan pullar dayanmır ? Başqa bir məsələ də var .. Deyəsən  Cəlilabad rəhbərliyi ölkə başçısından yox başqa yerlərdən əmrlər alır ..Cəlilabad ciddi şəkildə yoxlanılmalıdır. Təhsil Nazirliyi isə Qərənfil Əhmədovanı kənarlaşdırmasa öz şəffaf imicini itirəcək .