24 Kasım 2019

İcra başçıları hamını əmin edir ki, Prezidentin apardığı islahatlar boş şeydir.

Cəlilabad təhsilində rüşvət bütün sahələri üstələyir. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Beləki, Təhsil Nazirliyin əmrinə əsasən Araz Babayev rayonun Sabirabad kənd 1 saylı tam orta məktəb direktoru təyin edilib. Lakin A. Babayevin işinə bəzi əngəllər törədilir.
Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nağıyev deməzdik ki, onun adından elə onun tapşırığını icra edərək  “hörmət” tələb edir. Təhsil Nazirliyinin əmri isə tələb olunan “hörmətdən” sonra quvvəyə minəcək. Ölkə başçısının rüşvətə qarşı çıxışlarına laqyid yanaşan hətta əvvəlki aparat rəhbərinin üzərinə bütün məsuliyyəti qoyan icra başçılarını bildiklərini etməkdə davam edirlər. Mən hətta deyərdim ki, bunun özünə şərait yaradan Ceyhun Bayramovun özüdür. Əgər belə deyilsə nəyə bir nazirin əmri yerli icra tərəfindən əngəllənir.


Ceyhun Bayramovun apardığı "islahatlar" əslində görüntüdür. Təhsil şöbə müdiri Qərənfil Əhmədova haqqında kifayət qədər səs yazıları ilə sübutlar olsada hələdə vəzifədə qalması bunun bariz nümunəsidir.Təyin olunan, olunmayan bütün direktorlar aylğa cəlb edilir. Verməyənləri isə dərhal işdən çıxarırlar. Ceyhun Bayramov isə təhsilin keyfiyyətindən danışır Əgər bir məktəbdən pul yığılarsa orada hansı keyfiyyətdən danışmaq olar. Şagirdlər başdı başına buraxılıb və haqlı olaraq repititor yanına gedirlər. Görünən odur ki, deyilənlərdə haqlı imişlər. Balıq başdan iylənir.

Hiç yorum yok:

Yorum Gönder