21 Aralık 2019

Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" !


Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" ! Açıq şəkildə Cəlilabad RTŞ-nin müdirini ittiham edən Ramil Sadıqov ona verilən biletləri satmaqdan imtina edərək bunların pulunu Qərənfil Əhmədovanın özünün verməsini tələb edib. Artıq ölkə mediasina manşet olan statusu sizinlə paylaşırıq


Hörmətli Cəlilabad Rayon Təhsil Şöbəsi!
1) Sizdən xahiş edirik ki, məktəblərə məcburi qaydada sırıdığınız "Yeni il" şənliyi üçün biletlərin pulunu Siz və yaxud Sizin idarə zəhmət çəkib ödəsin.Camaatın balasının 2 man.pulu yoxdur ki,sizin cibinizi doldursun.Şəxsən mənə də 20 bilet verilib.Uşaqlara paylamışam.Pul zad yığan da deyiləm sizin üçün.Zəhmət çəkib 40 man.ödəyərsiniz.😋
2) Zəhmət çəkin bu biletlər satmaq ucun kassa(onsuz da "qara kassanız"var) tərtib edin mueyyən bir yerdə,məsələn RTŞ-nin özündə ya da H.Əliyev mərkəzində.Kim istəyir gedib 2 manat pulun ödəyib bilet alsin.Yəni könüllü surətdə bu iş həyata keçirilsin.Heç kimin balasin məcbur edib 2man.pulun zorla almayın.
P.S.Bilirsizmi nə qədər məbləğ edir bu? Gəlin,təqribi hesablama aparaq.Məsələn,şəhər 8 saylı məktəbdə 1200 uşaq oxuyur.Bu edir 2400 manat.Nəzərə alsaq ki,hər ailədən 3-4 uşaq oxuyur.Belə çıxır həmən ailələr sizin "obşi katyolunuza" 6-8 man.pul ödəməlidir.Eləmi? İnsafnizi və tamahınızı allah kəssin! Sizin tamahiniz Murtuzəli qılıncından itidir.Amin!


Hiç yorum yok:

Yorum Gönder