15 Ekim 2020

Cəlilabad təhsil şefini heç kim belə ifşa etməmişdi

Hamının başı cəbhədə gedən vəziyyətə qarışdığı bir vaxtda Cəlilabad rayon təhsili ətrafındakı söz söhbətlər daha da gərginləşməkdədir. Cəlilabad rayonunun fəal gənclərindən Eışən Oktayoğlu öz sosial hesabında yazdıqlarını sizlərə olduğu kimi təqdim edirəm:

Ölkə başçısı İlham Əliyev cənablarına

Baş Prokuror Kamran Əliyev cənablarına

Təhsil Naziri Emin Əmrullayev cənablarına 

Ünvanladığım məktubu ictimailəşdirirəm

Nəzərinizə çatdırım ki, ölkəmizin bu ağır günlərində Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova təhsilimizi məhv etməkdə davam edir.

07 Ekim 2020

Cəlilabaddakı dost cəmiyyəti çətin zamanlardada xəyanətini davam etdirir

 CƏLİLABADIN "DOST" iş mərkəzində dövlət vəsaitləri necə mənimsənilir ?


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb.

Ökə başçısının sərəncamıyla bu yaradılan "DOST" İş Mərkəzi MMC-nin adını da korrupsiya çirkabına bulaşdırıblar. Pul hərisi olan kreslo sahibləri bu cavan qurumun xəttiylə, adları rayon sakinlərinə məlum olmayan yüzlərlə şəxsin adını belə idarə və müəssisələrə işə yazdırıb, maaş kartlarını ciblərinə qoyaraq, bu yolla da dövlət vəsaitini talan etməkdən çəkinmirlər