11 Ağustos 2017

Prezidentin Cəlilabad səfərində sürpriz ola bilər

Prezident İlham Əliyevin bu yaxınlarda cənub bölgəsinə səfəri gözlənilir. Səfər çərçivəsində çox guman yenə də yollar bağlanacaq və bir iki obyektin açlışında iştirak edən prezidentə sosial infrastrukturun yüksəldiyindən , əhalinin əhvalının yaxşılaşdığından ağız dolusu danışılacaq. Doğrudanmı bu dəfə də eyni senari üzrə nağıllar danışılacaq ? Yenədə xalq öz sözünü prezidentə deyə bilməyəcək ? Bəlkə bu dəfə bu qədər arxayın olmayaq ... əvvəlki illərdən fərqli olaraq Cəlilabad rayonunda narazılıq səviyyəsi həddindən artıq artmışdır və hətta narazı qüvvəllər arasında məmurlar belə var . Söz yox həmin məmurlar özləri heçnə deyə bilməsə də yəqin ki, fəhlə-kəndlilər içərisindən onların mənafeyindən  çıxış edən oldu. Son zamanlar Cəlilabaddakı durumu analiz etsək , görərik ki, sosial müavinət oyunu bitmiş, hətta xəstəlik üzrə qrupla təqaüd alanlar bu imtiyazlarından məhrum edilmişlər. Əhali içərisində normal işləyərək əmək haqqı alan müəllimlərin də dərslərinin vakanta çıxarılması narazılığın pik həddinə çatdığını göstərir. Bizə gələn məlumatlara görə , ola biksin ki, Prezidentin keçdiyi zaman hansısa narazılıq ifadə edən üsuldan istifadə olunacaq. Deməli prezidentin bu dəfəki gəlişində nəsə sürpriz ola bilər..


06 Ağustos 2017

Cəlilabad təhsilindən növbəti şikayət

Cəlilabad təhsilindən növbəti şikayət! Şikayəti olduğu kimi sizə təqdim edirik
Hörmətli Cənab Nazir ,
Sizə yazmış olduğum saysız-hesabsız məktublarımın ünvana çatmadığını düşünərək bu dəfə sayt vasitəsi ilə  sizə müraciət edirəm. Rayon Təhsil Şöbəsinin müdiri rüşvətlə direktor təyin etdiyindən Cəlilabad rayon məktəbləri təhsil müəssisəsi kimi öz nüfuzunu itirməkdədir. Rüşvət verən kim olsa direktorluq vəzifəsinə gətirilir. İctimayyət arasında hörməti, nüfuzu, əxlaqı olmasa da olar “təki pul versin”  prinsipi ilə işləyən Elminaz Nadirova ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğuldur. Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq”  barədə düşünərsə onun təhsilimizə hansısa tövsiyəni  verməyini düşünmək özü gülüncdür. Belə savadsız və səriştəsiz direktorlardan biri də Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Seymur Cəfərovdur. İxtisasca ingilis dili müəllimi olub ingilis dilində bir kəlmə söz bildiyinə dərs dediyi min şagirdindən biri şahid dura bilməz. Diaqnostk qoymətləndirmədən səkkiz bal toplayan birinin direktor təyin olunmasında məqsəd yəqinn ki, təhsilimizi inkişaf etdirmək deyil. Belə bir şəxsin savadlı kadırlar üzərində rəhbər təyin edilməsi ən azından elə həmin kollektiv üçün təhqirdir.
Cənab Nazir, dəfələrlə sizə yazdığım məktublarda bildirmişəm ki, burada adları olub özləri olmayan və məvacib kartları direktorun cibində olan şəxslərin adı gedir. Bu şəxslərin konkret olaraq adlarını nazirliyə təqdim etmişəm. Nazirlik isə mənim şikayətimi araşdırmaq üçün təhsil şöbəsinə göndərib. Şikayət ərizəmdən sonra Seymur Cəfərov məni bir qrup şəxslə şantaj etməyə çalışmış və guya mən bunları ondan pul almaq məqsədi ilə etdiyimi bildirmişdir. Təkrar Nazirliyə müraciət etdikdən sonra yenədə araşdırlması üçün iş Təhsil Şöbəsinə göndərilmiş və orada mənə yağlı vədlər verərək şikayətdən çəkinməyimi demişdilər. Məvacib kartlarını mənimsədikləri şəxslərdən başqa sən demə burada bəzi dırnaqarası jurnalistlərə də şikayət etməsinlər deyə yaxın qohumunun adını yazaraq aylıq haqq verirlər. Bu cür şəraitdə hansı təhsildən söhbət etmək olar ? Bir daha sizə müraciət edərək xahiş edirəm ki, təhsili təminat şöbəsi kimi mənimsəyənlərə imkan verməyəsiniz.

Hörmətlə, Ramiz Yarıyev.

Ünvan : Cəlilabad rayon Ağdaş kəndi

əlaqə telefonu: 051-467-42-59

04 Ağustos 2017

"Göytəpənin fəxri sakini " Cəlilabad təhsili üçün Nazirə müraciət etdi


Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına
Müraciət


Hörmətli Cənab Nazir ,
Mən Ələkbərov Zaur  Zakir  oğlu  Xocalı şəhərində anadan olmuşam. Məlum   faciə zamanı  yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik , anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bu  günkü günə qədər xəbər  yoxdur.Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı.  Döyüşlərin birində yaralansa da bir müddət sonra yenə də  mərhum Prezidentimiz  Ulu  Öndər  Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon  Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq .  Göytəpə şəhər  1 №-li tam orta məktəbi bitirdikdən sonra  1996 –cı ildə  ADPU-nun  Tarix  fakultəsinə daxil olmuşam.  2000 –ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım  Cəlilabad rayonuna,  özüm isə hərbi xidmətə yollanmışam . Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005 -ci ildə Cəlilabad rayon  V. Mürsəlov  adına Göytəpə şəhər  1 № li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında  nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq Göytəpə şəhər ağsaqqallar şurasının təklifi  ilə Göytəpə şəhər ərazi nümayəndəliyi  tərəfindən mənə  Göytəpə şəhərinin “ Fəxri  sakini” statusu verilmişdir. 2012-2013 cü illərdə “Mədəd Azərbaycan” MMC –nin  təşkilatçılığı ilə ümumi təhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub  bölgəsi  və  Biləsuvar rayonu  üzrə əlaqələndirici koordinatoru  olmuşam. 2014 –cu ildə “İlin ən yaxşı müəllimi “ müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganı məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm , 3 qızım var.  2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.

 Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı preziden İlham Əliyevin humanist qanunlarının köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri  güclü olanda  bizim kimi ailələr də bundan yararlana bilir əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmiş dövlət müəssisələrindən birində, Xocalıdan olduğumu bilən bir məmur,  faciədən necə qurtulduğumuzu ürək ağrısı  ilə yarım saat  sorğu –sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini  istədi .
Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf  şarait  yaradılsada,  həmin qurumun rəhbərinin vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil , gəliri maraqlandırır.
 Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti  ilə “Mədəd Azərbaycan” təşkilatında  tanış olmuşam.  Yüksək mədəniyyət və intelektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı , dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız  bu cür təşkilatların fəaliyyəti idi .  

01 Ağustos 2017

Vakansiyaları kim verir ?

Hörmətli Cəlilabadlı Təhsil İşçiləri !

Dərs saatlarınızın vakanta çıxarılması ilə bağlı aldığımız şikayət məktublarında qeyd edirsiniz ki, Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova deyir ki, sizin dərslərinizin vakant verilməsindən xəbərim yoxdur və bunu edən Təhsil Nazirliyidir.

Cənablar və Xanımlar !  
Bizi qərəzlilikdə günahlandırsanızda , bir daha sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Bunların hamısın edən RTŞ müdiri və direktorlardır. Necə olur ki, Elminaza vaxtı vaxtında haqq verən və diaqnostikdən az bal toplayan heç bir məktəbin adı yoxdur. Xüsusilə kartları Elminazın öz əlində olan yeddi  nömrəli məktəbdən niyə vakant verilməyib. Bəlkə bu məktəblərin içərisində hansısa məktəb Göytəpə 1 saylı məktəbdən yaxşı nəticə göstərib ?


Gizli sirləri bilmək istəyirsiniz ?

Gizli sirləri bilmək istəyirsiniz ?
Bu sözü aylardır təhsil işçilərinə biz yox, başqaları deyirlər , amma ingilis dilində. Facebookda  TƏHSİL ŞİKAYƏTLƏRİ adlanan bir qrupa rəhbərlik edən Thomas Crown adlı saxta profilli bir şəxs  bu qrupa rəhbərlik edərək  təhsil işçilərinə “kömək” edir.  Profil şəklinin üstündə isə ingilis dilində məhz bu sözlər yazılıb “Do You Want to Know a Secret ?”